FRANSA MƏTBUATINDA AZƏRBAYCANLI UŞAQLARIN KONSERTİNDƏN BƏHS EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 22-də Strasburqun mərkəzindəki qədim və möhtəşəm kilsədə Azərbaycan uşaq simfonik orkestrinin, xor kapellasının, xoreoqrafiya məktəbi rəqs qrupunun və muğam ifaçılarının konserti ilə bağlı Strasburqda gündəlik nəşr olunan “Alzasın son xəbərləri” adlı qəzetinin 24 may tarixli nömrəsində “Azərbaycanın səsləri” adlı məqalə dərc edilmişdir. Məqalənin əvvəlində Avropa turnesinə çıxmış “Azərbaycanın xoşməramlı mələkləri” proqramı adı altında konsert vermiş azərbaycanlı uşaqların istedadından, strasburqluları heyrətə salmalarından söhbət açılmışdır. Dinlərarası dialoq çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə təşkil olunmuş konsertin ADR-in 90 illiyinə və 28 May - Respublika gününə həsr olunması barədə məlumat verilmişdir.
Məqalədə yerli tamaşaçıların Azərbaycanın zəngin incəsənəti ilə tanış olmalarından, uşaqların peşəkar müğənni, xanəndə və musiqiçilər kimi yüksək səviyyəli çıxışlarından, Strasburqda böyük tərkibdə belə bir konsertin ilk dəfə səslənməsindən bəhs olunmuşdur. Teymur Göyçayevin dirijorluq məharətinin, Cəmilə Qarayusifli və Ceyla Seyidovanın (skripkada) ifaçılıq məharətlərinin tamaşaçıları heyrətə salmalarından ayrıca söhbət açılmışdır.
Sonda uşaq simfonik orkestrinin Avropanın Motzart, Albinoni, Hendel, Vivaldi və Şubert kimi tanınmış bəstkarlarının əsərlərini məharətlə ifa etmələrinin tamaşaçılarda böyük rəğbət hissi oyatdığı, konsertin şəhərdə geniş əks-səda doğurduğu qeyd olunmuşdur.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:37]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:34]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]