DÜNYA
Fransada içərisində məktəbli turistlərin olduğu avtobus qəzaya uğramışdır
Paris, 19 fevral (AZƏRTAC). İçərisində Böyük britaniyalı məktəblilərdən ibarət bir qrup turistin olduğu avtobus fevralın 19-da Fransanın Marn regionunda qəzaya uğramışdır.
Avtobusda olan 25 sərnişindən 2-si qəza zamanı elə hadisə yerində keçinmiş, 23 turist isə yaralanmışdır. Onlar dərhal yaxınlıqdakı Rems şəhər xəstəxanasına yerləşdirilmişlər. Həkimlər yaralılardan 4-nün vəziyyətinin ağır olduğunu bildirmişlər.
Məktəbli turistləri İtaliya və Fransada gəzintidən sonra öz vətənlərinə aparan avtobusun sürücüsü idarəetməni itirdiyindən bu nəqliyyat vasitəsi yolun kənarına çıxaraq qəza törətmişdir.
Polis hadisə yerində apaşdırma aparır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.02.2025 [13:28]
Albaniya 2025-ci ildə ziyarət ediləcək sakit ölkələrdən biridir
- 07.02.2025 [12:18]
Almaniya Kansleri Türkiyənin Ukrayna məsələsində səylərini təqdir edib
- 07.02.2025 [11:02]
Braziliyada daşqınlar və torpaq sürüşmələri nəticəsində yeddi nəfər ölüb
- 07.02.2025 [10:51]
Tramp Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 07.02.2025 [10:26]
İndoneziyada 6 bal gücündə zəlzələ olub
Xəzərdə zəlzələ baş verib
- [08:50]
Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” Dəhlizinin inkişafında maraqlıdır
- 06.02.2025 [22:09]
Şəkidə baş verən qəzada 27 yaşlı qadın xəsarət alıb
- 06.02.2025 [21:23]