Fransanın Konstitusiya Şurası “dağıdıcılar əleyhinə” qanunun 3-cü maddəsini ləğv edib
Paris, 4 aprel, AZƏRTAC
Fransada “sarı jiletlər” etiraz aksiyasının növbəti aktına 3 gün qalmış Konstitusiya Şurası “dağıdıcılar əleyhinə” qanunun əsas maddəsini ləğv edib.
AZƏRTAC xəbər verir ki, “sarı jiletlər” etiraz aksiyasında törədilən zorakılıqlara qarşı martın 12-də Milli Assambleyada “dağıdıcılar əleyhinə” qanun qəbul edilmişdi. Konstitusiya Şurası prefektlərə nümayiş etməyi inzibati şəkildə qadağan etməyə imkan verən maddəni çıxarıb. “Mübahisəli müddəa inzibati orqanlara qadağa etməyi şübhəli motivlərlə əsaslandırmaq üçün həddən ziyadə azadlıq verir”, - deyə Konstitusiya Şurasının üzvləri öz qərarlarına haqq qazandırıblar.
Qanunun 3-cü maddəsində prefektlərə nümayiş etməyi qadağan etmək, riayət etməyənlərə qarşı 6 ay həbs və ya 7500 avro cərimə cəza tətbiq etmək göstərilirdi.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]