Fransanın Ruanda soyqırımında rolu araşdırılacaq
Bakı, 6 aprel, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ruanda soyqırımındakı rolunun araşdırılacağını bildirib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, E.Makron, Ruanda soyqırımına görə müvafiq addımlar atan “Ibuka” Fransa Cəmiyyətinin nümayəndələri ilə bir araya gəlib.
Prezident fransız tədqiqatçı alimlərdən ibarət komissiyanın 1990-1994-ci illərə aid ölkə arxivlərinin araşdırılacağını bəyan edib.
Komissiyanın, fransız tarixçisi Vincent Duclertin rəhbərliyi ilə 8 tədqiqatçı alimdən ibarət olduğu bildirilib.
Komissiyaya sözügedən mövzu ilə bağlı iki il ərzində hesabatı hazırlamaq üçün tapşırıqlar verilib.
Qeyd edək ki, Ruandada 1994-cü ildə xutu ekstremistlərinin törətdikləri soyqırımı zamanı 800 min tutsi, habelə xeyli mötədil xutu məhv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]
Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]