FUTBOL AZARKEŞLƏRİ ÜÇÜN ONLAYN MÜSABİQƏ KEÇİRİLİR
Bakı, 20 iyul (AZƏRTAC). “Azərbaycan-bmi”, “British Midland International” və “Qəbələ” futbol klubu iyulun 20-dən avqustun 8-dək futbol azarkeşləri üçün onlayn müsabiqə elan edirlər.
Müsabiqədə futbol azarkeşləri “Böyük Britaniya və Azərbaycan futbolu arasında 5 oxşarlıq və 5 fərqlilik” tapmalıdırlar. Müsabiqədə yaşı 18-dən yuxarı şəxslər iştirak edə bilərlər.
Müsabiqənin məqsədi azərbaycanlı azarkeşlərə öz futbol biliklərini nümayiş etdirmək və hər iki ölkədə sevilən oyun arasında fərqləri və oxşarlıqları tapmaq imkanı verməkdir.
Birinci yerin sahibi Londona pulsuz ikitərəfli bilet qazanacaqdır. İkinci və üçüncü yerləri tutanlara hədiyyələr veriləcəkdir. Müsabiqənin tam şərtləri ilə “Qəbələ” futbol klubunun internet səhifəsində (www.gabalafc.az) tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]