İDMAN
Futbol üzrə Azərbaycan kubokunda ilk üç matçın hakimləri müəyyənləşmişdir
Bakı, 22 oktyabr (AZƏRTAC). Oktyabrın 23-də futbol üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunları keçiriləcək.
AFFA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, federasiyanın hakimlər komitəsi ilk üç qarşılaşmanın ədalət təmsilçilərini müəyyənləşdirmişdir.
Belə ki, “Bakı” Futbol Klubunun təlim-məşq bazasının stadionunda keçiriləcək MOİK-“Qaradağ Lökbatan” matçını hakimlər - Ramil Diniyev, Cavanşir Yusifov, Akif Əmirəli, Venera Kahriç idarə edəcəklər. Oyunu AFFA nümayəndəsi Rauf Hüseynli izləyəcəkdir.
“Şuşa” komandası ilə “Şahdağ” yığmasının oyunu “Şəfa” stadionunda keçiriləcəkdir. Matçı hakimlər - Ömər Paşayev, İsgəndər Əliyev, Aleksandr Musatkin, Hacıəli Ağayev idarə edəcəklər.
AFFA nümayəndəsi Rauf Əmirov oyunu izləyəcəkdir.
Heydər Əliyev adına İmişli şəhər stadionunda keçiriləcək “Mil-Muğan”-“Lokomotiv” komandaları arasında oyunu hakimlər - Səbayel Qurbanova, Ülviyyə Mustafayeva, Vüsal Qənbərov, Fərid Məmmədov idarə edəcəklər. Matçda AFFA nümayəndəsi - Eldar Qasımov da iştirak edəcəkdir.