İDMAN
Gədəbəydə inzibati binada, Bakıda isə evdə və avtomobildə baş vermiş yanğınların yayılmasının qarşısı alınmışdır
Bakı, 29 yanvar (AZƏRTAC). Gədəbəy rayonunun Göyəmli kəndində ümumi sahəsi 500 kvadratmetr olan birmərtəbəli, doqquz otaqdan ibarət inzibati binada yanğın baş vermişdir.
Hadisə nəticəsində binanın dam örtüyü 300 kvadratmetr sahədə yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əraziyə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını almış, binanın qalan hissəsini yanğından mühafizə etmişlər.
Paytaxtın Sabunçu rayonunda isə ümumi sahəsi 120 kvadratmetr olan ikimərtəbəli, altıotaqlı fərdi evdə yanğın qeydə alınmışdır.
Evin ikinci mərtəbəsində iki otağın 40 kvadratmetr sahəsi yanmışdır.
Yanğınsöndürənlər alovu söndürmüş, alovun evin qalan hissəsinə keçməsinə imkan verməmişlər.
Nərimanov rayonunda isə “Mazda” markalı minik avtomobilində baş vermiş yanğın onun tamamilə yanması ilə nəticələnmişdir.
Burada da yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur.
Hadisələrlə əlaqədar hüquq mühafizə orqanları tərəfindən təhqiqat aparılır.