İQTİSADİYYAT
Gələcəkdə Bakıda enerjini qənaətlə işlədən binaların yaradılması enerji səmərəliliyini artırmağa imkan yaradacaqdır
Bakı, 29 yanvar (AZƏRTAC). Gələcəkdə Bakıda enerjini qənaətlə işlədən binaların yaradılması həm enerjiyə qənaət edilməsinə, həm də enerjinin səmərəliliyini artırmağa imkan yaradacaqdır.
Bu sözləri Azərbaycan Respublikasının Energetika Nazirliyinin nümayəndəsi Feyzulla Muradov AZƏRTAC-a müsahibəsində demişdir.
F.Muradov bildirmişdir ki, hazırda Avropa İttifaqının İNOGATE Proqramı çərçivəsində Energetika Nazirliyi bu istiqamətdə bir neçə pilot layihələr həyata keçirir. Bu layihələrin reallaşdırılmasında Avropa İttifaqına üzv olan ölkələrin təcrübəsindən istifadə olunacaqdır.