Gələn həftədən “Gəncəbank”ın təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlanılacaq
Bakı, 8 aprel, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Gəncəbank" ASC-nin kreditorlarına müraciət edib.
ADIF-dən AZƏRTAC-a bildirilib ki, "Gəncəbank" ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi aprelin 15-dən başlanacaq. Kreditorlardan tələblərin ödənişi ilə bağlı "Gəncəbank" ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına və Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanındakı binasına müvafiq sənədlərlə müraciət etmələri və bank rekvizitlərini qeyd etmələri xahiş olunur.
Əlavə məlumat almaq üçün əlaqə nömrələri: Gəncə şəhəri (022) 256 04 93/ (022) 256 03 44; Bakı şəhəri (012) 596 65 91/92/93; “Qaynar xətt”: 941.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]