SİYASƏT
Gələn il Qvineya-Bisau tələbələrinin Azərbaycanda təhsil alması proqramının icrasına başlanılacaq VİDEO
![Gələn il Qvineya-Bisau tələbələrinin Azərbaycanda təhsil alması proqramının icrasına başlanılacaq VİDEO](/files/2024/3/1200x630/1733133154318142904_1200x630.jpg)
Bakı, 2 dekabr, AZƏRTAC
Gələn il Qvineya-Bisau tələbələrinin Azərbaycanda təhsil alması proqramının icrasına başlanılacaq. Biz siyahını mümkün qədər tez hazırlayacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereya dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.
Nümayəndə heyətinin yeddi nəfərinin keçmişdə Azərbaycanda təhsil aldığını deyən nazir qeyd edib: “Onların göstərdikləri fəaliyyət Bakı ilə təhsil sahəsində əməkdaşlığımızı daha da dərinləşdirməli olduğumuzu bir daha göstərir”.