Gələn ildən Rumıniyada hidrogen yanacağı ilə işləyən qatarlardan istifadə oluna bilər
Buxarest, 6 iyul, AZƏRTAC
Rumıniyanın dəmir yolları ilə əlaqədar “Club Feroviar” nəşri bildirir ki, Rumıniyanın Ətraf Mühit və Meşə Təsərrüfatı Nazirliyi aeroport, Buxarest-Otopeni istiqaməti üçün 2020-ci ildə 5 yeni hidrogen yanacağı ilə işləyən qatar almaq niyyətindədir.
AZƏRTAC nəşrə istinadla xəbər verir ki, bununla da Rumıniya Şərqi Avropada hidrogen yanacağı ilə hərəkət edən qatarlardan istifadə edən ilk ölkə olacaq. Qeyd olunub ki, gələcəkdə elektrik olmayan xətlər üçün yeni belə qatarların alınması da planlaşdırılır. Layihə Avropa İttifaqının ekoloji təmiz nəqliyyatın istifadəsi siyasətinin bir hissəsidir.
Qeyd edək ki, hidrogen yanacağı ilə işləyən ilk qatarlardan “Coradia Ilint” tərəfindən Almaniyada 2018-ci ildə Kuksxafen, Bremerxafen, Bremerferde və Bukstexude istiqamətində 100 kilometr məsafəni qət etmək üçün istifadə olunub. Bu istiqamətlərdə əvvəllər dizel yanacağı ilə işləyən qatarlardan istifadə edilib. Bir sıra Qərbi Avropa ölkələri də bu istiqamətlərdə yeni layihələr reallaşdırır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]