Gənc alim və mütəxəssislərin futbol çempionatı keçiriləcək
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyanın (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyi ilə gənc alim və mütəxəssislərin VI institutlararası futbol çempionatı keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən çempionatda iştirak etmək istəyən hər bir komanda aprelin 10-dək Gənc Alim və Mütəxəssislər Şurasına müraciət etməlidir.
Turnirdə iştirak etmək üçün müəssisənin rəhbərliyi tərəfindən imza və möhürlə təsdiqlənmış iştirakçı ərizəsində hər komandanın heyətində maksimum 11 nəfər olmalıdır. Komandanı təmsil edən hər bir oyunçu haqqında şəxsi məlumatlar (adı, atasının adı, soyadı, işlədiyi şöbə, vəzifəsi, 3x4 ölçüdə şəkil), şəxsiyyəti təsdiq edən sənədin surəti, eləcə də əmək kitabçasından çıxarış (rəhbərlik tərəfindən möhürlə təsdiqlənmiş) sənədlərə əlavə edilməlidir. Komandaların heyətini AMEA-nın müvafiq müəssisəsində çalışan (yanvarın 1-dən işə götürülənlər istisna olmaqla) əməkdaşlar iştirak edə bilərlər.
Qeyd edək ki, müəssisə üzrə komandanın təşkili məsələsinə müvafiq təşkilatın Gənc Alim və Mütəxəssislər Şurasının sədri cavabdehlik və məsuliyyət daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]