GƏNC DRAMATURQLARIN YENİ MÜSABİQƏSİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi uğur qazanmış “Bu meydan, bu ekran” müsabiqəsindən sonra gənc dramaturqlar üçün analojı müsabiqə keçirməyi qərara almışdır. Bunu nazir Əbulfəs Qarayev “Bu meydan, bu ekran” layihəsinin qaliblərinə diplomlar təqdim edilməsi zamanı jurnalistlərə bildirmişdir.
Nazirin dediyinə görə, müsabiqə qaliblərinin işləri respublika səhnələrində tamaşaya qoyulacaqdır. Ə.Qarayev demişdir: “Layihə seçilmiş istiqamətin düzgünlüyünü göstərmişdir. Birinci addım kinosənəti sahəsinə arzu olunan yeni təravəti gətirmişdir. Buna görə də mən artıq teatr sahəsində işlərin, teatrlarda repertuar vəziyyətinin tədqiq olunması barəsində müvafiq tapşırıqlar vermişəm. Hazırda, məlum olduğu kimi, teatr repertuarı bir qədər kasadlaşmışdır. Bir sözlə, teatrların yeni təfəkkürə ehtiyacı vardır. Mədəniyyət və Turizm Nazirliyi əvvəlki müsabiqələrin təcrübəsindən istifadə edərək, səhnə sənətini lazımi səviyyəyə qaldırmaq üçün əlindən gələni edəcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]