Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Gənc musiqiçi: Fortepianoda ifa etdiyim zaman sanki başqa bir aləmdə oluram

Gənc musiqiçi: Fortepianoda ifa etdiyim zaman sanki başqa bir aləmdə oluram

Bakı, 14 sentyabr, Gülay Nəzərova, AZƏRTAC

AZƏRTAC beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz beynəlxalq və respublika müsabiqələri laureatı, Bakı Musiqi Akademiyasının “İnstrumental ifaçılıq” ixtisasının (fortepiano üzrə) tələbəsi Ayşə Məmmədovadır.

Ayşənin 19 yaşı var. O, Bakı şəhəri Nizami rayonu 251 nömrəli tam orta məktəbdə oxuyub. Həmçinin paralel olaraq 33 nömrəli Uşaq Musiqi Məktəbinə fortepiano ixtisasına daxil olub və həmin məktəbi fərqlənmə attestatı ilə bitirib. Suraxanı rayonunun Hövsan qəsəbəsi 280 nömrəli tam orta məktəbindən məzun olub. Orta məktəbdə oxuduğu illərdə fəxri diploma layiq görülüb. Ayşə bu il Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində təhsilini başa vurub və çoxdandır arzuladığı Bakı Musiqi Akademiyasına qəbul olub.

“Mən hələ uşaq ikən tamaşalarda (Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bir neçə tamaşada rol alıb – red.) həvəslə iştirak edirdim. Həmin illərdə bacım musiqi təhsili alırdı. Musiqi sahəsini seçməyimdə bacımın böyük rolu olub. O, musiqi məktəbində öyrəndiklərini mənimlə bölüşürdü. O vaxt 7 yaşımda idim. Mənim isə fortepianoya həvəsim vardı. Məqsədim gələcəkdə həm vokalçı, həm də pianoçu olmaq idi. Sonralar bir neçə fərqli ixtisasa yönəlsəm də, özümü hər zaman musiqidə tapmışam”, - deyən Ayşə bildirir ki, fortepianoda ifa etdiyi zaman musiqinin onda oyatdığı hissləri təsvir belə edə bilmir: “Sanki başqa bir aləmdə oluram, ruhum dincəlir, özümü xoşbəxt hiss edirəm”.

Ailəsi də Ayşəyə hər zaman dəstək olub və o, Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. Hələ kiçik yaşlarından gələcək üçün böyük planları vardı. Seçdiyi ixtisas üzrə oxumaqla yanaşı, hətta bir neçə mahnı da bəstələyib. Özünün də dediyi kimi: “Xəyallarımın reallaşması üçün artıq addım atmağa başlamışdım...”.

Ayşə ən böyük arzusunun solo ifaçı kimi dünyanın bir çox ölkəsində Azərbaycanı təmsil etmək olduğunu deyir: “İxtisas olaraq fortepianonu seçsəm də, eyni zamanda, vokalçı və bəstəkar kimi də öz üzərimdə çalışıram. Azərbaycanı xarici ölkələrdə əsərləri ilə tanıtmış Fikrət Əmirov kimi dahi bəstəkarların həyatını oxuyanda həmişə öz-özümə deyirəm ki, mən də elə olmaq istəyirəm. Həqiqətən bir gənc olaraq ölkəmi xaricdə ifalarımla tanıtmaq mənim üçün qürurverici haldır. Dövlətimiz də gənc ifaçı kimi bizə bu yolda hər zaman dəstək göstərir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün sahələrdə olduğu kimi, musiqi sahəsinə də göstərdiyi diqqət və qayğı biz gənclərin ən böyük motivasiya qaynağıdır. Bir sözlə, ölkəmi iştirak etdiyim bütün tədbirlərdə layiqincə təmsil etmək mənim üçün möhtəşəm hissdir”.

Bu istedadlı qız bir çox respublika və beynəlxalq müsabiqələrdə həm vokal, həm də fortepiano nominasiyası üzrə çıxış edib. 2020-ci ildə musiqi təhsilini davam etdirmək üçün Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə daxil olub və fortepiano ixtisası üzrə təhsilini təkmilləşdirib. Bu il isə həmin kollecdən məzun olub. Musiqi kollecində təhsil aldığı illər ərzində ilk uğuru 2022-ci ildə Qazaxıstanda keçirilən “Astana Stars-Divertisment” adlı müsabiqədə qazanıb və fortepiano ifaçılığı üzrə I yerə layiq görülüb. Həmin ildə “Art Olimpia Ümid - 2022” müsabiqəsində də fortepiano nominasiyası üzrə I yeri qazanıb. Həmçinin Ümummilli Lider Heydər Əliyevə həsr olunan “Sən elə bir zirvəsən” adlı respublika müsabiqəsində vokal nominasiyası üzrə I yerə layiq görülüb. Bundan başqa, gənc olmasına baxmayaraq, “Azərbaycan Vokalçıları” adlı III Beynəlxalq Festivalında solo vokalçı kimi çıxış edib.

Fortepiano ifaçısı qazandığı uğurlarda müəllimi Esmira Əliyevanın böyük rolu olduğunu deyir. Esmira xanım gənc ifaçıya estrada janrının sirlərini öyrədib, ona hər zaman dəstək olub.

Fortepiano müəllimi, beynəlxalq və respublika laureatı Esmira Əliyeva şagirdi haqqında təəssüratlarını sevə-sevə danışır: “Çağdaş dövrümüzdə istedadlı tələbələrin üzə çıxarılması, onlara diqqət və qayğı göstərilməsi hər bir tədris müəssisəsinin, müəllimin qarşısında duran ümdə vəzifədir. Peşəsini sevən müəllimin ən böyük nailiyyəti onun yetirmələridir. Tələbənin uğuru müəllim üçün ən böyük sevinc, qürur hissidir. Ayşə Məmmədova bizim musiqi ocağımızın parlaq yetirmələrindəndir. O, istedadlı gəncdir. İlk gündən bunu hiss etmişdim. Zənnimdə yanılmadım. Ayşə istedadı və əzmkarlığı nəticəsində bir çox uğur qazanıb. Müxtəlif müsabiqələrdə əldə etdiyi qalibiyyət və mükafatlar onu daha da ruhlandırıb”.

Ayşə, bu il Bakı Musiqi Akademiyasının “İnstrumental ifaçılıq” ixtisasına (fortepiano üzrə) qəbul olub. Ümidvarıq ki, o, təhsilini uğurla davam etdirəcək və bizləri beynəlxalq müsabiqələrdə əldə etdiyi yeni-yeni nailiyyətlərlə sevindirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sumqayıt” kanadalı basketbolçu ilə güclənib

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında iki məsələyə baxılıb

Qlobal Metanın Azaldılmasının İnkişafı təşəbbüsünün nəticələrinə dair beynəlxalq konfrans keçirilib

Avropalı alimlər Azərbaycanın ekoloji siyasəti barədə məlumatlandırılıblar

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin geniş tərkibdə iclası keçirilib

Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb

Cahangir Novruzov: Qarabağ Universitetinin hər bir müəllimi öz ölkəsinin əsl vətənpərvər övladıdır

Manisa Xalq Kitabxanasına Azərbaycana aid kitablar hədiyyə edilib

Hüseyn Niftəliyev: Özəl pianoçunun məxsusi musiqisi

Bir qrup tələbənin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunub VİDEO

“İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda elmi konfrans panel iclasları ilə davam edir

“İqlim dəyişikliyi” mövzusuna həsr olunmuş elektron məlumat bazasının təqdimatı keçirilib

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Texnologiya Universitetində 2 auditoriya əsaslı təmirdən sonra istifadəyə verilib

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB-3 VİDEO

İtaliyalı fotoqraf Ağdamla bağlı kitabını AZƏRTAC-a hədiyyə edib

Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Akademik Musiqili Teatrda “Killerdən teleqram”ın premyerası olacaq

Britaniya hökuməti karbontutma layihələri üçün 22 milyard funt sterlinq vəd edir

Energetika naziri Braziliyada bir sıra görüşlər keçirib

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “Şuşa. Naxışların rəqsi” adlı rəqəmsal sərgi açılıb

Korsika: Fransa hegemonluğuna etiraz edən ada iflic vəziyyətinə düşüb

İsveç klubunun futbolçusu: “Qarabağ”ın keyfiyyətli hücum xətti var

Bu il Bal yarmarkasında 67,5 ton arıçılıq məhsulu satılıb

Oktyabrın 5-6-da güclü geomaqnit qasırğası baş verəcək

Qarabağ Universitetinin dekanı: İncəsənət fakültəsində 130 tələbə təhsil alır

Qərb standartları

Millətlər Liqası: Türkiyə yığmasının heyəti açıqlanıb

Tailandda yüzdən çox fil daşqınlardan xilas edilib

Bakı Ali Neft Məktəbinin tələbələri Çində təhsil alırlar

KXDR-in suverenliyi pozularsa, nüvə silahından istifadə etməkdən çəkinməyəcək

ABŞ-ın maliyyə dairələri Kamala Harrisə dəstəyi artırır

Cəbrayıl şəhərinə köçürülən sakinlərdən 30-dək şəxsin məşğulluğu təmin olunub

Devid Lemmi yeddi ildən sonra İrlandiyanı ziyarət edən ilk Britaniya xarici işlər naziri olub

Prezident İlham Əliyev: Ermənistan təhlükəli oyunlara qoşulub

Şərqi Finlandiya Universitetinin əməkdaşı ADAU tələbələri üçün mühazirələr keçəcək

Naxçıvanda KOB subyektlərinin sayı 57,3 faiz artıb

İtaliya 178 vətəndaşını Livandan təxliyə edib

Prezident: Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür

Avro-2025: Azərbaycanın futzal yığması seçmə mərhələyə ilk raunddan başlayacaq

Viktor Orban Aİ-nin iqtisadi kursunu soyuq müharibə adlandırıb

Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb

Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb

Prezident İlham Əliyev: Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır

Nazir müavini: Bu il ətraf mühitlə bağlı ixtisaslar üzrə bakalavriat səviyyəsinə 1700-ə yaxın tələbə qəbul olub

Prezident: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər

“Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş olub

Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır

Azərbaycan parlamentinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

ADPU-ya ödənişli əsaslarla qəbul olan tələbələrin 12,5 faizi təhsil kreditindən yararlanıb

Prezident İlham Əliyev: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi

Sabahın hava proqnozu açıqlanıb

“Qəbələ” legioner futbolçusu ilə vidalaşıb

Özbəkistanın ali məktəblərində Qərbi Azərbaycana həsr olunmuş mühazirələr dinlənilib

Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb

Romada Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası keçirilib

Binəqədidə qaydaları pozan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

“Malmö”nün futbolçusu: “Qarabağ”ın hücumları effektli deyildi - EKSKLÜZİV

Cəbrayılda Şəhər günü qeyd edilir

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə edib

Leyla Həsənova: Yüksək səviyyəli təhsil iqlim dəyişikliyi ilə mübarizədə olduqca vacibdir

Həndbol üzrə Azərbaycan klublarının avrokubok oyunlarının vaxtı açıqlanıb

Rusiya FTX-sinin rəhbəri: Qərb İrəvanı Bakı ilə danışıqları yubatmağa sövq edir

DİM 2200-dən çox namizəd üçün dövlət qulluğuna qəbul imtahanı keçirəcək

Sədr: Dünyada mövcud problemlərin aşkar edilməsi üçün beyin mərkəzlərinin fəaliyyəti önəmlidir

Media: ABŞ İsrailin İrana cavab zərbəsində iştirak etməyəcək

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin rəsmisi: Dünya 1,5 dərəcə planına hələ yaxın deyil

Qazaxıstan Prezidenti MDB ölkələri təhlükəsizlik xidmətlərinin rəhbərlərini qəbul edib

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Akif Marifli: Kitab sərgisində mədəniyyətlər, düşüncələr birləşir

“Biznesin müflisləşməsi” işçi qrupunun auditorlarla görüşü keçirilib

Pakistanda yaşıl texnologiyalar əlçatan deyil

Nigar Arpadarai: Tədqiqat effektiv iqlim fəaliyyətinin təməlidir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə sərgi açılıb

Türkiyənin proqram təminatı üzrə ixracının həcmi 3,5 milyard dollara çatıb

Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun VİDEO

Yaponiya ABŞ-la ittifaqın möhkəmləndirilməsini istəyir

AQTA sədri Qusarda vətəndaşları qəbul edəcək

“OneRepublic” ilk dəfə Bakıda çıxış edəcək

“Code for Future” layihəsinin iştirakçıları olan tələbələrlə görüş

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb

Azərbaycan millisinin hazırlıq planı və səfər proqramı bəlli olub

Yaradıcı müəllim təqdimat müsabiqəsinə başlanılıb

DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb

Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır

COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 45001 sertifikatına layiq görülüb

“Nanoelm və nanotexnologiya” – yeni nəşr

Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb VİDEO

Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib

“Sarsılmaz” şirkəti “TEKNOFEST” festivalında yeni silahlarını təqdim edib

Akademik: Qlobal istiləşmənin həlli istiqamətində tərəfdaş ölkələrin elmi qurumları birgə layihələr həyata keçirməlidir

® “Push30” hesabları SİMA KYC ilə daha etibarlı

ÜST süd vəzi xərçəngi ilə bağlı maarifləndirmə aylığı keçirir

AMEA və Akademiyalararası Tərəfdaşlıq Assosiasiyası birgə layihələrdə iştirak edəcək

Bakıda hoteldə normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb

Azərbaycanda 893 min hektar sahədə xüsusi mühafizə olunan təbiət əraziləri var

Bu gün Ümumdünya Heyvanların Mühafizəsi Günüdür