GƏNC RƏSSAMIN ƏSƏRLƏRİ İKİ SƏRGİDƏ NÜMAYİŞ ETDİRİLƏCƏKDİR
Sentyabrın 10-da Vəcihə Səmədova adına salonda rəssamın fərdi sərgisi açılacaqdır. Azərbaycan Rəssamlar İttifaqının, Mədəniyyət Nazirliyinin, Gənclər, İdman və Turizm Nazirliyinin birlikdə təşkil edəcəkləri sərgidə rəssamın rəngkarlıq və qrafika janrında 40-a yaxın əsəri nümayiş olunacaqdır. Bundan əvvəl Amsterdamın Dövlət muzeyində üç ay davam edən bu sərgi ilə bakılılar və şəhərin qonaqları 4 gün ərzində tanış ola biləcəklər.
Əsərləri bir çox ölkələrdə böyük maraqla qarşılanmış rəssamın tabloları sentyabrın axırında İstanbul sənətsevərlərinə təqdim olunacaqdır. Gənc rəssam burada keçiriləcək “Start-2003” müasir beynəlxalq təsviri sənət sərgisində iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]