Gəncə Dövlət Dram Teatrı Türkiyədə festivalda iştirak edir
Gəncə, 3 may, Rauf Hacıyev, AZƏRTAC
Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi Türkiyənin Giresun Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən teatr festivalında iştirak etmək üçün bu ölkəyə yola düşüb.
Teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Əli Qasımov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yaradıcı kollektiv festivala türk yazıçısı Tuncer Cücenoğlunun “Matruşka” adlı romantik komediyası ilə qatılacaq.
Məişət mövzusundan bəhs edən tamaşada əsas rolları Xalq Artisti Pərvanə Qurbanova, Əməkdar Artist Sevda Orucova və aktyor Yusif Cəfərov ifa edəcək.
Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Vahab Cəfərov, musiqi tərtibatçısı isə Tünzalə Mustafayevadır.
Bir çox teatr kollektivlərinin də iştirak edəcəyi festival mayın 1-dən 15-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:32]
Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir
- 09.06.2026 [19:01]
Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib
- 09.06.2026 [18:55]
Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər
- 09.06.2026 [15:40]
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
- 09.06.2026 [15:32]