GƏNCƏ ÖZƏL TÜRK LİSEYİNDƏ MƏZUNLARLA GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, Gəncə özəl türk liseyində məzunlarla görüş keçirilmişdir.
Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cümhuriyyətinin istiqlal marşı səsləndirilmişdir. Sonra liseyin 16 illik fəaliyyətindən bəhs edən videofilm nümayiş etdirilmişdir.
Görüşdə liseyin direktoru Serhat Akdaş, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Çingiz Muxtarov, şəhər təhsil idarəsinin rəisi Mahal Əliyev və başqaları çıxış etmişlər. Natiqlər bu təhsil ocağının nailiyyətlərindən danışmış bə bildirmişlər ki, təkcə keçən il liseyi bitirən 38 məzundan 36-sı ən yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş, onlardan 28-i Türkiyədə təhsil almaq hüququ qazanmışdır.
Görüş türk liseyləri arasında keçirilən bilik yarışmasında fərqlənən şagirdlərə qiymətli hədiyyələrin təqdim olunması ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]