Gəncədə 600 müəllim qiymətləndirmə imtahanına cəlb olunub
Gəncə, 29 yanvar, Rauf Hacıyev, AZƏRTAC
2018-ci ilin sentyabr və noyabr aylarında ixtisasartırma proqramına cəlb olunan müəllimlər üçün Gəncədə qiymətləndirmə imtahanı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhəri ilə yanaşı, Daşkəsən və Samux rayonlarından 600 müəllim yekun qiymətləndirilməyə cəlb olunub.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Namiq Nağıyev bildirib ki, ölkə üzrə 8500 müəllim ixtisasartırma proqramlarına cəlb edilib. Yanvarın 28-dən başlayaraq fevralın 8-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən həmin təlimlərdə iştirak etmiş müəllimlərin yekun qiymətləndirilməsi aparılacaq.
Test sualları təlimlərdə tədris olunmuş materiallar əsasında qapalı və yazılı şəkildə hazırlanıb. Təlimlərə əsasən yazı işinin təşkili metodikası üzrə Azərbaycan dili və ədəbiyyat müəllimləri, məktəbdaxili metodikanın təşkili üzrə isə müxtəlif fənn müəllimləri cəlb olunublar. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq imtahanlara qatılan pedaqoqlar ixtisasartırma sertifikatları ilə təmin ediləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:55]
Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb
- 09.06.2026 [19:32]
Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir
- 09.06.2026 [19:01]
Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib
- 09.06.2026 [18:55]
Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər
- 09.06.2026 [15:40]