GƏNCƏDƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 90 illiyi ilə əlaqədar Gəncədə təntənəli bayram mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin vaxtilə fəaliyyət göstərdiyi parlament binasında, indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının binası yaradılmış Xalq Cümhuriyyəti liderlərinin abidəsi önünə tər güllər düzmüşlər.
Sonra mərasim Cümhuriyyət iclaslarının keçirildiyi salonda davam etdirilmişdir. Mərasimdə yerli televiziya kanalının hazırladığı və cəmi 23 ay fəaliyyət göstərmiş Xalq Cümhuriyyətinin fəaliyyətindən, onun rəhbərlərinin, eləcə də müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində qazanılan uğurlardan bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Mərasim Gəncə Dövlət Dram Teatrı aktyorlarının və tanınmış incəsənət ustalarının çıxışları ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]