CƏMİYYƏT
Gəncədə gənclər üçün yaşayış binaları inşa ediləcəkdir
Gəncə, 22 yanvar (AZƏRTAC). Gəncədə gənclərin mənzil probleminin həlli istiqamətində yeni layihələr həyata keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Gəncə - Avropanın Gənclər Paytaxtı - 2016” layihəsi çərçivəsində keçirilən təqdimat mərasimində demişdir.
E.Vəliyev bildirmişdir ki, bu il şəhərdə iki və üç mərtəbəli yeni yaşayış binalarının inşası nəzərdə tutulmuşdur. Bu mənzillər uzun müddətli kreditlə gənclərə veriləcəkdir.