GƏNCƏDƏ İRANDAN GƏLƏN AVTOBUSDAN KÜLLİ MİQDARDA NARKOTİK MADDƏ AŞKAR EDİLMİŞDİR
Gəncədə polis əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana gələn avtobusda 6 kiloqram narkotik maddə olan həşiş aşkar edilmişdir. Narkotik maddə İrandan gətirilən stulların oturacaq hissəsində yerləşdirilmişdir.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə regional şöbəsinin rəis müavini Rəfael İsmayılov AZƏRTAC-ın müxbirinə demişdir ki, avtobus İran-Azərbaycan-Gürcüstan-Rusiya-Əfqanıstan marşrutu üzrə hərəkət edirmiş.
Hazırda faktla bağlı araşdırmalar aparılır. İstintaq sirri olduğundan hələlik saxlanılan şəxsin kimliyi açıqlanmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]