REGİONLAR
Gəncədə Ramazan bayramı münasibətilə yardım kampaniyası keçirilir
Gəncə, 19 aprel, Elcan Məmmədov, AZƏRTAC
Türkiyənin Gəncədəki baş konsulluğu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Cavad xan” Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Gəncədə Ramazan bayramı münasibətilə yardım kampaniyası keçirilir.
Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, bu, TİKA ilə birgə həyata keçirilən üçüncü yardım kampaniyasıdır. Konsul qeyd edib ki, üç ildir davam edən bu layihə zamanı içərisində müxtəlif ərzaq və qida məhsulları olan yardım paketləri şəhid ailələri və ehtiyacı olan ailələrə paylanılır. Builki kampaniyada ümumilikdə 2500 yardım paketi paylanacaq.
“Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov isə bu cür yardım kampaniyalarını təqdirəlayiq hal kimi qiymətləndirərək, bu işdə əziyyəti keçənlərə təşəkkürünü bildirib.