Gəncənin intellektualları “Novruz kuboku”nun qalibi olublar
Gəncə, 19 mart, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə gənc intellektuallar arasında "Novruz kuboku" uğrunda breyn-rinq təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bahar bayramı münasibətilə keçirilən breyn-rinqdə 8 komandadan 50-ə yaxın gənc iştirak edib.
Gəncə və Mingəçevir gənclərinin iştirak etdiyi yığma komandaların heyətinə, həmçinin Bakı, Bərdə və Zərdabdan olan intellektuallar da qoşulublar.
Yarışın yekunlarına əsasən, Gəncəni təmsil edən komandalardan ikisi 1-ci və 3-cü yerə, Mingəçeviri təmsil edən komanda isə 2-ci yerə layiq görülüb.
Sonda qalib komandaya "Novruz kuboku", mükafatçılara medal və diplomlar, digər iştirakçılara isə yarışın sertifikatları təqdim olunub.