MƏDƏNİYYƏT
#genclerinifasındaqarabagsevgisi çağırışına qoşulan gənc xanəndə “Segah” muğamını ifa edib
Bakı, 29 iyul, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin başlatdığı #genclerinifasındaqarabagsevgisi çağırışı davam edir.
İdarədən AZƏRTAC-a bildirilib ki, çağırışın növbəti iştirakçısı gənc xanəndə Habil Məmmədovdur.
Habil Məmmədov 1988-ci ildə Ağdam rayonunun Hacıməmməd kəndində anadan olub. 2008-2011-ci illərdə Şuşa musiqi kollecində təhsil alıb. İlk orta musiqi məktəbində ustadı Aydın Məmmədov olub, xanəndə 2011-ci ildən musiqi məktəbində dərs deyir.
Gənc xanəndə çağırışa “Segah” muğamı ilə qoşulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:52]
Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər
- 23.04.2024 [13:52]