Genetik Ehtiyatlar İnstitutunun doktorantı Türkiyədə bitki genetikası sahəsində təcrübə keçəcək
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun doktorantı Vəfa Rüstəmova noyabr ayında Türkiyənin Adana şəhərindəki Çukurova Universitetində bitki genetikası sahəsində təcrübə keçəcək.
Genetik Ehtiyatlar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, qeyd edilən universitetin kənd təsərrüfatı fakültəsinin tarla bitkiləri kafedrasında təşkil olunacaq kurs müddətində Azərbaycan Milli Genbankında saxlanılan 60 payızlıq buğdanın molekulyar markerlərlə identifikasiyası həyata keçiriləcək, genetik müxtəlifliyi müəyyən ediləcək, keyfiyyət əlamətlərinin assosiativ xəritələnməsi və genlərin skrininqi aparılacaq.
Eyni zamanda, V. Rüstəmova müəllifi olduğu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant dəstəyinə layiq görülmüş “Payızlıq buğda genotiplərində keyfiyyət əlamətlərinin assosiativ xəritələnməsi və keyfiyyətə nəzarət edən genlərin skrininqi” layihəsi çərçivəsində təcrübə keçəcək, tədqiqatlar aparacaq.
Müvafiq istiqamətdə iş ilk dəfə reallaşdırılacaq və nəticələr əsasında keyfiyyətli nümunələr seçiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]