Geologiya və Geofizika İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
Bakı, 3 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçiləri Təhminə Qarayeva, Zöhrab Novruzov, Aynur Zamanova və böyük elmi işçisi Günel Sadıqova İstanbulda keçirilən Dayanıqlı Elmlər və Texnologiyalar üzrə VI beynəlxalq konfransda (ICSuSaT 2023) iştirak ediblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, beynəlxalq konfrans 6 müxtəlif mövzuda geniş kateqoriyalar spektrində yeni nəticələr haqqında əsas məqamları əhatə edib. İştirakçılar plenar mühazirələrin təqdimatında, həm şifahi, həm də poster sessiyalarının təqdimatlarında iştirak etmək imkanı əldə ediblər. Belə ki, Aynur Zamanova “Abşeron-Balaxanı neft-qaz zonasının geodinamik şəraitinin kompleks təhlili”, Günel Sadıqova “Cənub-Şərqi Qafqazın qravitasiya sahəsinin kəmiyyət təhlili və dərinlik strukturu”, Zöhrab Novruzov “Pirallahı adasının neft yatağı üzərində maqnit siqnalın təsir gücünün artırılması” və Təhminə Qarayeva “Böyük Qafqazın cənub-şərq hissəsinin paleogen yaşlı süxurlarının bioloji və maqnit-stratiqrafiyası” mövzusunda çıxış ediblər.
Təqdim edilmiş nəticələr böyük marağa səbəb olub və müxtəlif ölkələrin alimləri ilə müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]