İQTİSADİYYAT
Geri çağırılmaq hüququna malik birillik dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
Bakı, 22 dekabr (AZƏRTAC). Dekabrın 23-də Bakı Fond Birjasında (BFB) ümumi məbləği 3 milyon manat, nominal dəyəri 100 manat, faiz gəliri 4 faiz olan geri çağırılmaq hüququna malik olan (GDI) birillik dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Tədavül müddəti 364 gün olan istiqrazlar 2012-ci il iyunun 22-də və dekabrın 21-də ödəniləcəkdir.