Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb
Bakı, 4 may, AZƏRTAC
Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə qanunsuz yolla ölkə ərazisinə mobil telefonların gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, idarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumatlar əsasında, "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşlarının idarə etdiyi "DAF" və "DAF FTXF 105" markalı avtomobillər saxlanılıb. Baxış zamanı həmin avtomobillərdən birində 2 ədəd "iPhone" markalı mobil telefon və 4 ədəd "iPhone 11 Black 128 GB" markalı mobil telefon üçün boş qutu, digər avtomobildə isə 11 ədəd "Samsung Galaxy A51 64 GB" və 5 ədəd "Samsung Galaxy A51 128 GB" markalı mobil telefonlar aşkar olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]