Gömrük nəzarətindən gizlədilən siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 29 yanvar, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına “Mercedes Benz” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının içərisində gizlədilmiş 3200 ədəd “Gold Mount” markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.