Gömrükçülər təltif edilib
Bakı, 29 yanvar, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı təltif olunub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama görə, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə 3 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 14 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Prezidentin digər sərəncamları ilə komitənin 2 əməkdaşına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi və bir nəfərə isə “Əməkdar hüquqşünas” fəxri adı verilib.