Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Görkəmli balerina Leyla Vəkilovanın anadan olmasından 87 il ötür

Görkəmli balerina Leyla Vəkilovanın anadan olmasından 87 il ötür

Bakı, 29 yanvar (AZƏRTAC-Gözəl Ağayeva). Bir zaman səhnədə Qu quşu obrazını canlandıranda, zərif bədəninin plastika imkanlarından məharətlə istifadə edərək bütöv bir əfsanəni musiqinin müşayiəti ilə auditoriyaya çatdıranda, sənətsevərlərə və pərəstişkarlarına ən ülvi hissləri aşılayanda ağlına belə gətirməzdi ki, vaxt gələcək, o da öz sənəti ilə insanların qəlbində əfsanəyə çevriləcəkdir.

Rəqsin, baletin hələ uşaq vaxtından vurğunu olan bu gözəl qız böyük yaradıcılıq enerjisi ilə canlandırdığı obrazlara bütün ruhunu verir, tamaşaçıları öz qəhrəmanının arzusuna, sevincinə, kədərinə şərik etməyi bacarırdı.

SSRİ və Azərbaycan SSR-in Xalq Artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilova yaratdığı Odetta, Odilliya, Avrora, Kitri, Jizel, Qaraca qız, Şirin, Aişə, Gülyanaq və digər obrazlarla incəsənət tariximizə ən parlaq səhifələr yazmışdır.

Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda dünyaya göz açmışdı. Xoreoqrafiya məktəbində görkəmli sənətkar Qəmər Almaszadədən sənətin incəliklərini öyrənmiş, 1943-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasına solist qəbul edilmişdi. İxtisasını təkmilləşdirmək məqsədilə 1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçmiş, Bakıya qayıtdıqdan sonra Opera və Balet Teatrının aparıcı balet aktrisası kimi çalışmışdı.

Leyla Vəkilova müxtəlif illərdə teatrın səhnəsində A.Adamın “Jizel”, R.Qlierin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.Minkusun “Don Kixot”, A.Kreynin “Laurensiya”, B.Zeydmanın “Qızıl açar”, B.Asafyevin “Bağçasaray fəvvarəsi”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, S.Hacıbəyovun “Gülşən” və digər baletlərdə yaddaqalan obrazlar yaratmışdır.

Sənətkar klassik balet elementləri ilə milli rəqs hərəkətlərimizi ustalıqla birləşdirərək uğurlu ifa təqdim etmişdir. Yüksək səhnə mədəniyyəti, ifa texnikası və artistizm onun yaradıcılığının başlıca xüsusiyyətlərindən olmuşdur.

Leyla Vəkilovanın ifası emosionallığı, zərifliyi, cazibəli coşqunluğu, çevikliyi ilə seçilirdi. Psixoloji məzmuna malik hərəkətləri sanki dil açıb danışırdı. Ə.Bədəlbəylinin “Qız qalası”nda böyük məharət və ustalıqla oynadığı Gülyanaq insanlara həyatsevərliyi, paklığı aşılayırdı. A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində canlandırdığı Şirin obrazı tamaşaçıların qarşısında dərin məhəbbət hisslərindən pərvazlanan insan idi.

Ə.Abbasovun “Qaraca qız” baleti məhz Leyla Vəkilova üçün yazılmış, səhnə əsərinin xoreoqrafiyası balerinanın yaradıcılıq diapazonu üçün nəzərdə tutulmuşdu. Q.Qarayevin “Yeddi gözəl”indəki Ayişə surəti isə sənətkarın milli balet səhnəsində uzun sürən liderliyini təmin etmişdi.

Leyla Vəkilovanın səhnə qəhrəmanları müxtəlif dövrlərə və sosial təbəqəyə mənsub olsalar da, onları məhəbbətə bağlılıq və sadiqlik kimi ümumi cəhət birləşdirirdi. Balerinanı da qəhrəmanlarına bağlayan onun öz sənətinə olan böyük sevgisi və sadiqliyi idi. Odur ki, sənətkarın sevgi dolu şəxsi duyğularının əlavə olunduğu bu obrazlar mükəmməl bədii-xoreoqrafik surətlər kimi balet sənətimizin ən gözəl incilərindəndir.

Görkəmli balerina keçmiş SSRİ-nin respublikalarında, eləcə də dünyanın bir çox ölkələrində ifaçı və baletmeyster kimi uzunmüddətli qastrol səfərlərində olmuşdur. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə balerina “Qız qalası”, “Yeddi gözəl” və “Gülşən” əsərlərində baş rollarda çıxış etmişdir. O dövrdə Moskva çıxışları azərbaycanlı balerinanın “ulduz saatı” adlandırılmışdır.

Balet ustası 1953-cü ildən ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs demiş və 1992-ci ildən bu təhsil ocağına bədii rəhbərlik etmişdir. O, həmçinin 1976-1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblının rəhbəri olmuşdur. Leyla Vəkilovanın yetirmələri nəinki Vətənimizdə, hətta onun hüdudlarından kənarda da milli balet sənətimizin çiçəklənməsində səmərəli xidmətlər göstərmiş və ustadlarından öyrəndiklərini bu gün də gənc nəslə çatdırmaqdadırlar.

Leyla Vəkilovanın yaradıcılığı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, balerinanın anadan olmasının 70 illik yubiley tədbirində Ulu Öndər şəxsən iştirak etmişdir.

Görkəmli balet ustası Leyla Vəkilova 1999-cu il fevralın 20-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Onun əbədiyaşar sənət naminə gərgin əməyi Azərbaycan xalqı və dövləti tərəfindən çox yüksək qiymətləndirilmiş, Vətənin ən yüksək fəxri adlarına və mükafatlarına layiq görülmüşdür.

Bu gün də biz Leyla Vəkilovanın oynadığı baletlərdən fraqmentlərə baxanda xəyallarımızda dolaşan qəhrəmanlarımızı görür, onların saf hisslərinin təcəssümündən qəlbimiz riqqətə gəlir.

Bəli, bu gün heç bir mübaliğəyə yol vermədən inamla deyə bilərik ki, görkəmli balerinanın ifası özünün ecazkarlığı ilə sənət aləmində bir əfsanəyə çevrilmişdir. Hələ neçə-neçə nəsil bu incəsənət əfsanəsinin zəngin yaradıcılıq yolu ilə tanış olacaq, sənətdə ona oxşamağa çalışacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Departamenti: Marko Rubio və Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

Belarusda prezident seçkilərində vaxtından əvvəl səsvermədə seçicilərin 27,15 faizi iştirak edib

ABŞ-da Con Retklif Mərkəzi Kəşfiyyat İdarəsinin yeni direktoru oldu

Avropa Liqası: "Mançester Yunayted" evdə, "Tottenhem" səfərdə qalib gəlib

Naxçıvanda ötən il 8 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb

Tramp Kennedinin qətli ilə bağlı məxfi materialların açıqlanmasına dair sərəncam imzalayıb

Qurban Qurbanov: Bəlkə də bu, avrokuboklarda ən uğursuz seriyamızdır

Rumıniya klubunun baş məşqçisi: “Qarabağ”la oyunda bəxtimiz gətirdi

Avropa Liqası: “Fənərbağça” Fransa klubu ilə qolsuz heç-heçə edib

Avropa Liqası: “Qarabağ” doğma meydanda Rumıniya klubuna məğlub olub-YENİLƏNİB-6

Bavariyada iki nəfərin ölümü ilə nəticələnən bıçaqlı hücum siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub

Mariya Zaxarova: Hələlik Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir

Beynəlxalq Türk Akademiyası ilə TÜBİTAK arasında əməkdaşlıq əlaqələri genişlənir

Naxçıvanda probasiya sahəsi üzrə daxil olan işlər 8 faiz artıb

Türkiyədə çökən mədəndən 2 nəfər xilas edilib

Gürcüstan parlamentində iqlim dəyişikliyi ilə bağlı qanun layihəsi hazırlanır

Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Avropa Liqası: “Qarabağ” və FKSB-nin start heyətləri açıqlanıb

Dövlət Komitəsi: 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib

İrlandiyada məktəblər “Eowyn” qasırğasına görə bağlanacaq

Daha 7 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Bakıxanov qəsəbəsində lavaş emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub

Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Böyük Britaniya “Apple” və “Google”un mobil ekosistemlərini araşdıracaq

Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “Unibank” “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələri təqdim edib

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Britaniyanın keçmiş COP Prezidenti maliyyə şurasına sədr təyin edilib

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Türkiyə və Rusiyanın XİN başçıları Suriyadakı son vəziyyəti müzakirə ediblər

Tallində azərbaycanlı rəssamın sərgisi açılıb

AQTA sədri sahibkarların müraciətlərini dinləyib

Kişi voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub

Oğuzda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var

Bərdədə ilkin tibbi-sanitariya yardımı ilə bağlı pilot layihəyə başlanılır

Azərbaycan Cənubi Qafqazda ABŞ-ın strateji müttəfiqlərindən biridir ŞƏRH

"Yuventus" Fransa millisinin hücumçusunu transfer edib

Polis Abşeronda əməliyyat keçirib: axtarışda olan 11 nəfər saxlanılıb VİDEO

Türkiyədə yanğınla bağlı son məlumat açıqlanıb

Parlamentin Elm və təhsil komitəsinin cari ilin yaz sessiyası üçün iş planı təsdiqlənib

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Qazaxıstanda davam etdirəcəklər

Fransa Senatı keçmiş baş nazirlər və prezidentlər üçün imtiyazların ləğvinin lehinə səs verib

Bədii gimnastika üzrə Azərbaycan hakimləri beynəlxalq kurslarda yüksək nəticə göstəriblər

® Mama-ginekoloq Sədi Allahverdiyev “Sərhədsiz ginekologiya” IX konfransda birbaşa bağlantıda əməliyyat icra edib

Türkiyə Nəqliyyat Nazirliyi: 5G texnologiyalarına keçidin 2026-cı ildə başlanması planlaşdırılır

Naxçıvan MR-də sosial sahə üzrə geniş elektronlaşdırma proqramı icra olunur

Azərbaycan 56-cı Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Son 10 ildə Orta Dəhlizlə daşınan avtotexnika və vaqon sayı iki dəfədən çox artıb

Qəbələdə göldə batdığı ehtimal edilən şəxsin axtarışları davam edir VİDEO

Naxçıvan karateçiləri “Arpaçay Open” turnirindən medallarla qayıdıblar

Media: Fransa və Britaniya Ukraynaya hərbçilər göndərməyi planlaşdırır

İslamabadda Azərbaycan və Pakistan arasında Birgə Komissiyanın 8-ci sessiyası işə başlayıb

Ersan Ergür: Zəngəzur dəhlizi TDT və D-8-ə üzv dövlətlər ilə əlaqələrin inkişafına strateji töhfə verəcək - MÜSAHİBƏ

Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi Azərbaycana məxsus musiqi əsərlərinin hüquqlarının pozulması məsələsinə aydınlıq gətirəcək

Hərbi geyim formasının qanunla nəzərdə tutulmamış hallarda daşınmasına görə cərimələr artırılır

Qaradağ seçki dairəsi üzrə növbəti treninqlər təşkil olunub

Cahit Bağçı: Səfir kimi Azərbaycandakı fəaliyyətimi hər zaman qürurla xatırlayacağam

Qazaxıstanda qar fırtınası: 5 mindən çox insan təcrid şəraitindədir

İlkin hərbi qeydiyyatla bağlı cərimələr artırılır

Mbappe Çempionlar Liqasında ən çox qol vuran ikinci fransalı futbolçu olub

Qərbi Balkan ölkələrində havanın çirklənməsi Aİ üzvlüyü hədəflərinə zərər verir

“Bizi Qərbi Azərbaycana qaytaran tarixi yaddaşımız olacaq” - Hikmət Babaoğlu

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayıb

Qanunvericiliyə hərbi geyim formasını daşımaq hüququ ilə bağlı dəyişiklik edilir

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna hansı dəyişikliklər edilir?

“Naxçıvan Muxtar Respublikası: ictimai-tarixi proseslər və müasir dövr” - elmi konfrans

“Fənərbağça” futbolçusunu İngiltərə klubuna icarəyə verib

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik ediləcək

Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər saxlanılıb VİDEO

Mixail Qusmanın “Hakimiyyət formulu” müsahibələr toplusunun beşinci cildi çapdan çıxıb

Azərbaycanda 21 yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ verilir

Sabah taksi sürücüləri üçün növbəti imtahan olacaq

Hacıqabulda avtomat, daraq və patronlar aşkarlanıb

Cinayət Məcəlləsində bir sıra dəyişikliklər ediləcək

Bakı metrosunun iş vaxtı 1 saat uzadılacaq

Ova yalnız müvafiq ov sahələri və ovçuluq təsərrüfatları ərazilərində icazə verilir

Xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrə start verilib

Malavidə ildırım vurması və fırtına səbəbindən ölənlərin sayı 31-ə çatıb

Psixi sağlamlıq sahəsi üzrə dövlət qurumlarına təkliflər veriləcək

Macarıstan məktəblərində partlayış təhlükəsi

Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medallarla bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət edilib VİDEO

Türkiyə eksperti: Qərbin Cənubi Qafqazda sabitliyə töhfə verməyə hazır olduğuna dair vədləri səmimi deyil

İran və Azərbaycan tranzit yükdaşımaların həcminin 15 milyon tona çatdırılması barədə razılaşıb

Gürcüstan hökuməti növbəti iki il üçün iqtisadi islahatlar proqramını Avropa Komissiyasına təqdim edib

PMS imtahanının II mərhələsində 1088 nəfər uğur qazanıb

Azərbaycanın və Pakistanın Quru Qoşunları arasında Qərargah danışıqlarının keçirilməsinə dair Təlimat imzalanıb

Çadlı tələbə: Azərbaycanın təhsil sistemində müstəqil tədqiqatlara daha çox önəm verilir

AMB və BVF maliyyə sektorunun inkişafı məsələlərini müzakirə edib

Rəy sorğusu: Cəmiyyətdə psixi sağlamlıq üzrə peşəkar yardım almaqla bağlı stereotiplər var

“OliverWyman Group” dünyanın müxtəlif regionlarında 5000-dən çox mütəxəssisi ilə ən yaxşı konsaltinq şirkətlərindəndir

Fransanın xarici ticarət naziri: Tramp Aİ ilə gömrük rüsumlarını artırarsa, cavab tədbirləri görüləcək

Biləsuvarda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Mütəxəssis: Pəhriz şəkərli diabet xəstələrinin müalicəsində ən önəmli amildir

Dövlət orqanlarında 512 vakant vəzifə üzrə ümumi müsahibə elan edilir

İrakli Kobaxidze: Gürcüstanda dörd dəfə dövlət çevrilişi cəhdi olub

Azərbaycanda coğrafi məlumatlara dair yeni dövlət standartları qəbul edilib

“Qarabağ”ın sabiq futbolçusu dünyanın ən sərrast hücumçuları arasında

Çində dünyanın ilk uçan və su altında üzən dronu hazırlanıb

David Matikaşvili: Estoniyanın Gürcüstanın daxili işlərinə qarışmağa haqqı yoxdur