Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaş missiyası” - yubiley tədbiri VİDEO

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaş missiyası” mövzusunda yubiley tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları önünə tər çiçəklər düzüblər.

AMEA-nın Əsas binasında keçirilən tədbirdən öncə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında AMEA-ya və Səhiyyə Nazirliyinə bir sıra tapşırıqlar verilib və bundan irəli gələrək hər iki qurumun iştirakı ilə böyük tədbirlər keçirilir. Azərbaycan oftalmologiya elminin inkişafında böyük xidmətləri olmuş Zərifə Əliyevaya həsr edilmiş tədbirlərin yeni nəsil həkimlərin və elmi kadrların hazırlanması işinə də öz töhfəsini verdiyini deyən İsa Həbibbəyli bugünkü yığıncaqda alimin davamçılarının da iştirak etdiyini diqqətə çatdırıb.

“Zərifə xanım Əliyeva görkəmli elm və dövlət xadimi Əziz Əliyev kimi yüksək mövqe tutmuş bir ailədən gəlmişdir. Eyni zamanda, böyük ənənələri olan Azərbaycan Tibb Universitetində müəllimlərindən aldığı dərs, eləcə də özünün böyük səyləri ilə sözün əsl mənasında nüfuzlu həkim kimi formalaşmışdır. O, qısa və sürətlə bu istiqamətdə öz fəaliyyətini uğurla davam etdirmiş, ölkəmizdə və onun hüdudlarından kənarda şöhrət qazanan görkəmli elm xadimi kimi tanınmışdır. Zərifə xanım Əliyevanın həkimlik peşəsinə başladığı ötən əsrin 70-ci illərində Azərbaycanda göz xəstəlikləri üzrə müalicə digər sahələrlə müqayisədə bir qədər geri qalırdı. Məhz Zərifə xanım Əliyeva və onun ətrafında birləşən həkimlərin, mütəxəssislərin birgə səyləri ilə addım-addım bu gerilik aradan qaldırılmışdır. Zərifə xanımın rəhbərlik etdiyi həkim briqadası Bakıda və regionlarda dəfələrlə ardıcıl olaraq müalicə diaqnostika işləri görüblər. Zərifə xanım Əliyevanın traxoma xəstəliklərinə həsr olunduğu dissertasiyası Azərbaycanın müxtəlif bölgələrində göz xəstəliklərinə aid apardığı müşahidələr, eksperimentlər, topladığı materiallar əsasında hazırlanmışdır”, - deyə akademik İsa Həbibbəyli bildirib.

AMEA rəhbəri diqqətə çatdırıb ki, Zərifə Əliyeva, eyni zamanda, keçmiş SSRİ miqyasında ilk dəfə Azərbaycanda göz xəstəliklərinə həssas olan kimya sənayesi sahəsində, sənaye müəssisələrində, eləcə də istehsalat prosesində peşə xəstəlikləri ilə bağlı tədqiqatların əsasını qoyub. Bir çox ölkələrdən oftalmoloqların Bakıda Zərifə xanımın təşkil etdiyi beynəlxalq səviyyəli seminarlarda iştirak etmələri ölkəmizin əsas oftalmologiya mərkəzlərindən birinə çevrildiyini sübut edirdi. Zərifə xanımın yazdığı kitablar, elmi əsərlər, göz xəstəliklərinin müalicəsində xüsusi yer tutur və o, bu istiqamətdə qiymətli əsərlərin müəllifidir. Zərifə Əliyevanın 1979-cu ildə Azərbaycan SSR EA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda SSRİ-də ilk dəfə olaraq Görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyasını yaratdığını bildirən İ.Həbibbəyli qeyd edib ki, alim daha çox təcrübi xarakter daşıyan göz xəstəlikləri elminə öz fundamental dəstəyini verib, AMEA-nın həqiqi üzvü seçilib: “Zərifə xanım Əliyevanın fəaliyyətindən danışarkən onun Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin həyatına tam mənası ilə dəstək verməsi, onun fəaliyyətində böyük silahdaş olması nümunəsini göstərib. Zərifə xanım Əliyeva həm də böyük bir ictimai xadim idi. Onun maarifçilik və elmin populyarlaşması istiqamətində rolu danılmazdır. Alimin xidmətləri ölkəmizdə daim yüksək qiymətləndirilib, adı əbədiləşdirilib. Xalq rəssamı Ömər Eldarovun Fəxri xiyabanda hər birimizin böyük ehtiramla ziyarət etdiyi Zərifə xanımın abidəsi bütün Azərbaycan xalqının sevgisini ifadə edən Azərbaycan heykəltəraşlıq sənətinin şah əsəri sayılan bir abidədir. Həmçinin Azərbaycanın görkəmli şairləri də onun barəsində gözəl şeirlər yazıblar”.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd edib ki, bu il adları müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış iki böyük şəxsiyyətin - dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın elm və təbabət tarixində silinməz izlər qoymuş görkəmli alim və həkim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 100 illik yubileyidir. Elm fədaisi, Azərbaycan tibb elminin ən parlaq və tanınmış simalarından olan Zərifə Əliyevaya həsr olunmuş tədbirin məhz elm məbədində - Azərbaycan Milli Elmlər Akademiyasında qeyd edilməsini rəmzi və qürurverici hadisə kimi qiymətləndirən Teymur Musayev bu yubiley tədbirinin görkəmli oftalmoloq-alimə, onun elmi irsinə dövlətin, xalqın, elmi ictimaiyyətin sonsuz ehtiramının ifadəsi olduğunu söyləyib. Qeyd edib ki, Zərifə xanımın nəcib və şərəfli həyat yolunun, hər bir tədqiqatçıya örnək olan elmi fəaliyyətinin öyrənilməsi elmin təbliği, gənc alimlərin tədqiqat işlərinə ruhlandırılması baxımından da böyük əhəmiyyət kəsb edir.

“Zərifə xanım öz elmi fəaliyyəti ilə sübut edib ki, sağlamlığın yolu elmdən keçir, xəstəliklərin qarşısının alınması, müalicəsinin tapılması üçün elmi araşdırmalar praktik həkimlik fəaliyyəti qədər, ondan da çox əhəmiyyət daşıyır. Zərifə xanımın namizədlik dissertasiyasının həsr olunduğu traxoma xəstəliyi də, doktorluq dissertasiyasının mövzusu olan peşə fəaliyyəti ilə bağlı göz xəstəlikləri də o dövrdə həllini tələb edən ciddi məsələlər idi. Zərifə xanımın tədqiqatları sayəsində bu tibbi-sosial problemlərin həlli mümkün oldu”, - deyə Teymur Musayev diqqətə çatdırıb. Akademik Zərifə Əliyevanın peşəkar fəaliyyətlə bağlı görmə problemlərini öyrənmək üçün dünyada sənaye müəssisəsində təşkil olunan ilk elmi-tədqiqat laboratoriyasını yaratdığını, müxtəlif maddələrin gözə təsirini kimya sənayesi işçilərinin öz iş yerində araşdırdığını deyən nazir alimin bu tədqiqatı ilə elm aləmində yeni istiqamət - peşə oftalmologiyasının əsasını qoyduğunu, bu sahədə elmi araşdırmalarının uğurlu nəticələrinə, ümumilikdə oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüldüyünü, bu mükafatla təltif edilən ilk qadın alim olduğunu söyləyib.

Xalq rəssamı, akademik Ömər Eldarov akademik Zərifə Əliyevanın insanlara nur bəxş edən zəngin həyatına toxunub.

Azərbaycanın tanımış simalarının xatirələrinə həsr olunmuş tədbirlərin keçirilməsinə və onların irsinin gənc nəslə yenidən təqdim edilməsinə görə minnətdarlığını bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında qeyd edib ki, akademik Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlər göstərib, zərif və eyni zamanda, çətin sahədə fəaliyyəti ilə bir çox insana nur bəxş edib. Vurğulayıb ki, elmə və milli-mənəvi dəyərlərə bağlı olan Zərifə xanım hər bir insana diqqətlə yanaşıb, nəzəri və təcrübi elmi tədqiqatları ilə təhlükəli sahələrdə işləyən şəxslərin göz xəstəliklərinin həllinə nail olub, vətənpərvər təəssübkeşliyi ilə cəmiyyətimiz üçün misilsiz faydalı işlərə imza atıb. Zərifə Əliyevanın tələbkar olduğu qədər, eyni zamanda, ədalətli bir insan olduğunu deyən Bahar Muradova alimin fəaliyyətinin bir çox Azərbaycan qadınına stimul verdiyini, elmdə özünə cığır açdığını, dəyərlərimizə gətirdiyi yeni çalarlarla onu zənginləşdirdiyini söyləyib.

AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova “Akademik Zərifə Əliyevanın həyatı və elmi fəaliyyəti” mövzusunda məruzəsində qeyd edib ki, Zərifə xanımın ilk tədqiqatları traxomanın və onun fəsadlarının müalicəsində o zamanlar yeni antibiotikin - sintomisinin effektiv istifadə imkanlarının və üsullarının öyrənilməsinə həsr olunub. Zərifə Əliyeva göz zədələrinin qarşısının alınması və onlara nəzarət imkanlarını öyrənib, gözün zədələnməsinin nəticələrinin cərrahi müalicəsinə mövcud metodoloji yanaşmaları təhlil edib və onların təkmilləşdirilməsi üçün bir sıra faydalı tövsiyələr verib.

“Zərifə xanımın gözün virus xəstəlikləri sahəsində əldə etdiyi elmi nailiyyətlərin tətbiqi bir çox xəstəliklərin differensial diaqnostikası və müalicəsində mühüm irəliləyişlərə səbəb olub. Zərifə Əliyeva gözün bəzi bədxassəli şişlərinin diaqnostikası və müalicəsinə də diqqət göstərib, eyni zamanda, göz melanomasının klinik gedişatının xüsusiyyətlərini öyrənib, əldə etdiyi nəticələri məqalələrdə əks etdirib. Onun monoqrafik əsərləri təkcə oftalmoloqların deyil, həm də fizioloqların stolüstü kitabına çevrilib. Zərifə Əliyeva tibbi etika məsələləri ilə də maraqlanır, həkimlərin cəmiyyətdəki roluna, müvafiq peşə fəaliyyətində əxlaqi prinsiplərin tərbiyəsinə xeyli vaxt ayırırdı. Onun həkimin etik davranışı haqqında çox dəyərli fikirləri, bu mövzuda çoxsaylı məqalə və çıxışları, kitabları həkim şəxsiyyətinin formalaşması işinə mühüm töhfələr verib”, - deyə akademik İradə Hüseynova diqqətə çatdırıb.

Tədbirdə, həmçinin akademik A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru professor Ulduz Həşimova “Akademik Zərifə Əliyevanın görmənin fiziologiyası və patologiyası sahəsindəki elmi xidmətləri” mövzusunda məruzə ilə çıxış edib, AMEA-nın müxbir üzvü Rafiq Qasımov isə Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini bölüşüb.

Tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

“Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaş missiyası” - yubiley tədbiri VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır

Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib

TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO

Zafer Sırakaya: TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir

Şimali Kiprin Baş naziri: TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Əli Əhmədov: Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır

Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir

Aktam Xaitov: TDT qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir

Milli Qurtuluş Günü ilə bağlı fləş-mob hazırlanıbVİDEO

Aslana Əliyeva: Azərbaycan rəqsi zərifliyi ilə seçilir

Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır

AMANAT-ın icra katibi: Partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir

Daulet Kəribek: Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

Milli Qurtuluş Günü – Zəfər salnaməmizin başlanğıcı

TBMM-nin üzvü: Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi davam etdiririk

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Birinci vitse-prezident Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Dövlət Yol Polisi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparacaq

Tibb Universitetində əcnəbi tələbələr üçün "Miqrasiya qaydaları" mövzusunda tədbir keçirilib

Efkan Ala: Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir

Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri sağlam təməllər üzərində qurulub

Türkiyə XİN: “Bir millət, iki dövlət” olaraq əbədiyyən bir yerdə olacağıq

YAP Sədrinin müavini: Qlobal kataklizmlər fonunda dövlətçilik maraqlarının qorunması aktual və vacib məsələdir