GÖRÜŞLƏRDƏ ƏLAQƏLƏRİN İNKİŞAF PERSPEKTİVLƏRİ ƏTRAFINDA FİKİR MÜBADİLƏSİ APARILMIŞDIR
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, mayın 14 və 21-də səfir Fəxrəddin Qurbanov Britaniya Parlamenti Lordlar Palatasının üzvləri lord Klark və lord Patellə ayrı-ayrılıqda görüşmüşdür.
Görüşlərdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Səfir F.Qurbanov regionda və ölkəmizdə baş verən hadisələr barədə məlumat vermiş, həyata keçirilmiş regional əhəmiyyətli layihələr haqqında danışmışdır.
Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi və problemin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilən danışıqlar prosesinin mövcud vəziyyətindən danışmış, həmçinin GUAM çərçivəsində həyata keçirilən regional inteqrasiya təşəbbüsləri barədə məlumat vermişdir.
Hər iki görüşdə parlamentlərarası əlaqələrin intensivliyinin artırılmasının ümumi münasibətlərə müsbət təsir edəcəyi xüsusilə vurğulanmışdır.
Səfir F.Qurbanov Lordlar Palatasının hər iki üzvünü Azərbaycan-Böyük Britaniya parlamentlərarası qrupuna qoşulmağa dəvət etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]