İDMAN
Göyçayda Dövlət Müstəqilliyi Gününə həsr edilmiş kross yarışı keçirilmişdir
Göyçay, 18 oktyabr (AZƏRTAC). 18 oktyabr - Dövlət Müstəqilliyi Günü respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, bayram münasibətilə Göyçay şəhərinin Heydər Əliyev prospektində təşkil olunan kross yarışı rayon sakinlərinin marağına səbəb olmuşdur.
Yarışda rayonun 16 orta və bir orta ixtisas məktəbində təhsil alan 131 şagird iştirak etmişdir.
Ləkçiplaq kənd 1 nömrəli orta məktəbin şagirdi Nurlan Yaqubov 3 kilometr məsafəni hamıdan birinci qət edərək qalib olmuşdur. Mırtı kənd orta məktəbinin şagirdi Rəşid Kərimov ikinci, Göyçay şəhərindəki 4 nömrəli orta məktəbin şagirdi Həzrət Mustafayev üçüncü yeri tutmuşlar.
İlk üç yeri tutan idmançılara rayon gənclər və idman idarəsinin diplom və qiymətli hədiyyələri təqdim edilmişdir.