REGİONLAR
GÖYÇAYDA TAXIL BİÇİNİNƏ BAŞLANILMIŞDIR
Göyçay rayonunda taxıl biçininə başlanılmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, fermerlər və torpaq mülkiyyətçiləri bu il taxıl sahələrində bol məhsul yetişdirmişlər. Biçin üçün zəmilərə 100-ə yaxın kombayn və digər texnika cəlb olunmuşdur.
Cari ildə 16 min 224 hektar sahədə taxıl yetişdirilmişdir ki, onun 11 min 218 hektarını buğda, 5 min 6 hektarını arpa təşkil edir. Taxıl zəmilərində ziyanvericilərə qarşı vaxtında mübarizə aparılması və həyata keçirilən digər aqrotexniki tədbirlər onu deməyə əsas verir ki, məhsuldarlıq ötən ildəkindən yüksək olacaqdır.
Ötən il 16 min 176 hektar taxıl sahəsindən 41 min 988 ton məhsul toplanmışdı.