REGİONLAR
Göyçayda tələbələrin zəhərlənmə şübhəsi ilə əlaqədar araşdırmalar aparılır VİDEO
Göyçay, 22 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin 5 qız tələbəsi zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına müraciət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlara xəstəxanada ilkin tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş olduğuna görə ambulator müalicə üçün evə buraxılıblar.
Kollec rəhbərliyindən verilən məlumata görə, tələbələrin səhhəti tam bərpa olunub və onlar bu gün keçirilən imtahanlarda iştirak ediblər.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.