Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Göydəniz Qəhrəmanov: Azərbaycan gəncliyi bundan sonra da ölkəmizdəki dinamik inkişafın aparıcı qüvvəsi kimi çıxış edəcək

Göydəniz Qəhrəmanov: Azərbaycan gəncliyi bundan sonra da ölkəmizdəki dinamik inkişafın aparıcı qüvvəsi kimi çıxış edəcək

Bakı, 30 yanvar, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dönəmdə gənc nəslə diqqət və qayğı dövlət siyasətində prioritet istiqamətlərdən biri olub. Savadlı gənc kadrların yetişdirilməsi məqsədilə Ümummilli Lider hələ 1970-1980-ci illərdə Azərbaycan gənclərinin keçmiş Sovet İttifaqının ən qabaqcıl tədris müəssisələrində təhsil ala bilmələri üçün əməli tədbirlər görüb, böyük səylər göstərib. Əlbəttə ki, gənc nəslə diqqət və qayğı göstərilməsini önəmli məsələ kimi özündə ehtiva edən bu siyasət kursu Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra daha böyük uğurla davam etdirildi. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial vəziyyəti daim Ulu Öndərin diqqət mərkəzində idi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-dək ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərlə şəxsən görüşməsi, onlara Prezident təqaüdünün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir bariz nümunəsidir. Bütün bunlar Azərbaycan gəncliyinin potensialının milli mənafelərimizin təmin olunmasına, ölkənin inkişafına və dövlətimizin daha da güclənməsinə yönəldilməsi istiqamətində atılan müstəsna əhəmiyyətli addımlar idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov söyləyib.

1993-cü ildən başlayaraq ölkəmizdə gənclər siyasətinin institutlaşdırılması məqsədilə görülən tədbirlərdən bəhs edən deputat xüsusi olaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılması müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsi işinə yeni təkan verib. “Əlbəttə ki, Ulu Öndər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakına zəmin yaratmaq, gənclər siyasətinin başlıca məqsəd, prinsip və istiqamətlərini, eləcə də təşkilati-hüquqi əsaslarını müəyyənləşdirmək üçün bir çox digər vacib sənədlər də imzalamışdı. O cümlədən Ümummilli Liderimizin gənclər forumunun keçirilməsi ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüs gənclərin təşkilatlanması istiqamətində atılmış növbəti mühüm addımlardan biri oldu. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi vəzifə qoyaraq demişdir: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”. Bu tarixi hadisədən bir il sonra - 1997-ci il fevralın 2-də Ulu Öndər tərəfindən imzalanmış Sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən Azərbaycanda Gənclər Günü hər il təntənəli şəkildə qeyd edilir”, - deyə G.Qəhrəmanov bildirib.

Milli Məclisin deputatı, həmçinin vurğulayıb ki, 2003-cü ildən sonra Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyevin bu gün qətiyyətlə həyata keçirdiyi dövlət siyasəti Azərbaycan gənclərinin hərtərəfli inkişafını təmin edir. “Dövlətimizin başçısının müdriklik və uzaqgörənliklə yürütdüyü, gələcəyə hesablanmış siyasətin, bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının sayəsində Azərbaycan gəncliyində özünəinam hissi artıb, gənc nəslin ölkənin ictimai-siyasi həyatındakı rolunun güclənməsinə, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə yaradıcı gəncliyin formalaşmasına əlverişli şərait yaranıb. 2022-ci il fevralın 2-də söylədiyi tarixi nitqində Prezident İlham Əliyev demişdir: “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”. Bu gün Azərbaycan qalib dövlət olaraq öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə nəticəsində 30 illik işğala son qoyub. 2023-cü ilin sentyabrında isə ölkəmiz özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bu böyük zəfərlərin qazanılmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynayıb. Rəşadətli Ordumuzun sıralarında mətanətlə döyüşən qəhrəman gənclərimizin fədakarlığı sayəsində tarixi Qələbə qazanılıb. Heç bir şübhə yoxdur ki, Azərbaycan gəncliyi bundan sonra da ölkəmizdə gedən dinamik inkişafın əsas aparıcı qüvvəsi kimi çıxış edəcək”, - deyə G.Qəhrəmanov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” Dəhlizinin inkişafında maraqlıdır

Şəkidə baş verən qəzada 27 yaşlı qadın xəsarət alıb

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir

Azərbaycan İdman Akademiyasında Koventri Universitetinə qəbul olunan tələbələrlə görüş keçirilib

Azərbaycan Kuboku: "Qarabağ" çətin qələbə qazanıb

“Azərbaycan mədəni düşüncəsində yeniləşmənin baniləri” mövzusunda respublika konfransı təşkil ediləcək

AMEA Beynəlxalq Elmi Şuranın Baş Assambleyasının iclasında təmsil olunub

Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

Güləş üzrə muxtar respublika birinciliyi keçirilib

Azərbaycan badmintonçusu: İstənilən rəqiblə mübarizə apara biləcək gücdəyik

EPF: Ermənistanın ekoloji zəhər saçan müəssisələri barədə rəqəmsal xəritə hazırlanır

Türkiyə Kuboku: "Qalatasaray" qrup mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB

Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər

Moskva əyalətində yüngülmotorlu təyyarə qəzaya uğrayıb

Azərbaycanlı professor Moskva İslam İnstitutunun tələbə və müəllim heyətinə məruzə oxuyub

AQTİ ilə ADA Universiteti əməkdaşlıq edəcək

ADA Universitetinin tələbələri üçün “Media sahəsi üzrə qanunvericiliyin ümumi aspektləri” mövzusunda mühazirə deyilib

Millinin baş məşqçisi: Bakıdakı Avropa çempionatı gənc badmintonçularımıza böyük təcrübə qazandıracaq

Britaniya Xarici İşlər Nazirliyi rus diplomatın akkreditasiyasını ləğv edib

Rusiya XİN Bakıdakı “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi ilə bağlı rəsmi Moskvanın nota aldığını təsdiqləyib

AMEA-da professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunmuş elmi sessiya və kitab təqdimatı

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib

Parlament sədri: “Avropa Demokratiyaya Yardım Fondu” Gürcüstanda hansı sahəni maliyyələşdirdiyini dərhal açıqlamalıdır

Azərbaycan badminton millisinin Bakıda keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub

Azərbaycan Kuboku: “Zirə” ilk oyunda “Araz-Naxçıvan”a uduzub

İngiltərə Bankı faiz dərəcəsini azaldıb

Eldorado Latın Amerikasında ən böyük sıxlığa malik hava limanı oldu

® “Azercell” Şəkinin qadın sahibkarlarını dəstəkləyir

Azərbaycanda orta aylıq əməkhaqqı 8 faiz artıb

Qəbələdə vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

BDU-nun nümayəndə heyəti BMT-nin COPUOS Elm və Texnika Altkomitəsinin sessiyasında təmsil olunub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Primorsk-Axtarsk” aerodromuna zərbə endirilməsini təsdiqləyib

Müşahidələr dövründə qeydə alınan ən isti yanvar ayı iqlimşünasları narahat edib

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı fotolayihə həyata keçirilir

Nazirlik: Yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait nəzərdə tutulub

XİN: Azərbaycanda “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib

Dayanıqlı inkişafda keyfiyyətli təhsil amili - seminar

Türkiyə Prezidenti 2023-cü il zəlzələlərinin ikinci ildönümü ilə bağlı paylaşım edib

Pakistanda terror aktı nəticəsində üç polis ölüb, beşi yaralanıb

Türkiyədə yaşanan “Əsrin fəlakəti”nin günahsız qurbanlarının xatirəsinə

Qərbi Azərbaycandan olan həndbol hakimi: İnanıram ki, tezliklə yurd həsrətinə son qoyulacaq

Gənc istedad Zərrin Şükürün solo konserti və kitabının təqdimatı keçirilib

Mərkəzi Hərbi Poliklinikada simpozium: tibbi elmi araşdırmalar təqdim edilib

Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun 4-cü iclası keçirilib

İlmə-ilmə yaşayan tarix: Qarabağ xalçaları - REPORTAJ VİDEO

Nazir: 2025-2026-cı tədris ili üçün Qarabağ Universitetində təxminən 1500 tələbənin təhsilə başlaması hədəflənir

ADAU ilə “Alkan Consulting Group” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

İcmaəsaslı Təlim Qrupları layihəsi çərçivəsində ölkə üzrə 886 mərkəz fəaliyyət göstərir

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qırğızıstan və Çin arasında 700 milyon dollar dəyərində 19 müqavilə imzalanıb

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın məzarı ziyarət edilib

S.R.Babayevin Azərbaycan Respublikasının maliyyə naziri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məktəblərdə yeni metodik xidmət strukturu müəyyən edilib

Məşhur futbolçu karyerasını başa vurub

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Naxçıvanda açıq kitabxana yaradılacaq

Nazir: Metodik xidməti olan məktəblərin sayının 96-ya çatdırılması planlaşdırılır

Emin Əmrullayev: Azərbaycanda ümumi təhsil müəssisələrinin rasionallaşdırılması həyata keçirilir

Numan Kurtulmuş: Trampın Qəzza sektoru üzrə planı real olmayan arzudur

Azərbaycanın təhsil müəssisələrində “Məktəblinin dostu” layihəsi genişlənir

İxtisaslaşdırılmış müalicə müəssisəsində fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı təlim keçirilib

Nazir: Məktəb direktorluğuna namizədlərin fənn bilikləri yoxlanacaq VİDEO

Faktiki hava: bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur

"Qalatasaray" yeni transferini İstanbula gizli gətirib

Özbəkistan Mədəniyyət İnstitutunun səhnəsində Azərbaycan klassiklərinin əsərləri təqdim olunacaq

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

Sorğu: Ukraynanın Aİ və NATO-ya üzvlüyünə dəstək sabit şəkildə yüksəkdir

AQTA: “İlğım” əmtəə nişanlı saxta “Himalay duzu” satışdan geri çağırılıb

Bu il sertifikatlaşdırılma prosesinə cəlb ediləcək yeni fənlərin adları açıqlanıb RƏSMİ VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir

Professor: Elektrik enerjisinin ötürülməsində itkilərin qarşısının alınması aktual mövzulardan biri olub

Türkiyəli ekspert: Fransa 1915-ci il hadisələri mövzusu ətrafında fəal şəkildə manipulyasiya edir

Belarus daşqınlardan zərər çəkmiş Keniya sakinlərinə humanitar yardım göndərib

Akademik İsa Həbibbəyli: Fərid Ələkbərli tibb əlyazmalarının tədqiqi məktəbini formalaşdırıb

Rusiyalı mütəxəssis: Berezutski “Sabah”da daha yaxşı nəticələr əldə edəcək

Gəncə Dövlət Milli Dram Teatrı "Bölgə teatrlarının Bakı premyeraları" layihəsində iştirak edib

SOCAR və BƏƏ neft şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Fevralın 6-sı Ümumdünya Mobil Telefondan İmtina Günüdür

Rəqəmsal inkişaf və nəqliyyat naziri Hacıqabulda vətəndaşlarla görüşüb

Vəkilliyə qəbulla bağlı test imtahanına sənəd qəbulu başlanıb

Azərbaycanda fəaliyyət göstərən operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq

Baş Prokurorluqda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan olunub

İrakli Kobaxidze: ABŞ səfirliyi, USAID, NED və digər qurumlar bizə qarşı koordinasiyalı şəkildə hərəkət etdilər

“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

Gənclər Kitabxanasında yazıçı Xanım Aydının kitablarının təqdimatı olub

® “Coca-Cola” şirkəti Azərbaycanda 5000 iş yerini dəstəkləyir

Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşası yekunlaşır FOTO VİDEO

SOCAR Sloveniya şirkətləri ilə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib

Yüksək dağlıq ərazilərdə qar yağacağı, şaxta olacağı gözlənilir

İsveçin Erebru şəhərində məktəbə silahla hücum edən şəxsin adı məlum olub

Kaxa Kaladze: Xaricdən alınan vəsaitlər inqilabi ssenariyə sərf olunurdu

“Fənərbağça” kubok oyununda zədələnən 3 futbolçunun durumunu açıqlayıb

Deputat: USAID-ə qarşı irəli sürülən ittihamlar çox ciddidir və mütləq araşdırılmalıdır

Rusiya və ABŞ Ukraynada münaqişənin nizamlanması üzrə ilkin təmaslara başlayıb

RF Dövlət Duması xarici vətəndaşların tibbi müayinəsi haqqında təşəbbüslər irəli sürəcək

Rusiyada nəzarətdə olan şəxslərin reyestri tətbiq olunur