GUAM ATƏT SƏDRİNİN PRİORİTETLƏRİNƏ DAİR AÇIQLAMASINA BİRGƏ CAVAB BƏYANATLA ÇIXIŞ ETMİŞDİR
Bəyanatda ATƏT-in Daimi Şurasında Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, ATƏT sədrinin elan etdiyi prioritetlər Demokratiya və İqtisadi İnkişaf naminə təşkilatın - GUAM-ın maraqları ilə üst-üstə düşür və üzv dövlətlər tərəfindən dəstəklənir.
Münaqişələrin yalnız konstruktiv danışıqlar əsasında həll oluna biləcəyinin vurğulandığı sənəddə göstərilmişdir ki, GUAM ölkələri ATƏT-in Azərbaycanda, Moldovada və Gürcüstandakı münaqişələrin həllinə öz töhfəsini verəcəyinə inanır.
Sənəddə o da bildirilir ki, GUAM ölkələri ATƏT sədrinin Cənubi Qafqaz üzrə nümayəndəsi Heyki Talvitiyenin fəaliyyətini dəstəkləyir və danışıqlar prosesinin canlanmasına səmərəli yardım göstərməyə hazırdır. GUAM-ın münaqişələrin həllinə dair mövqeyi dəyişməz olaraq qalır. Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməli, münaqişələrin həllində BMT qətnamələri və ATƏT-in qərarları əsas götürülməli, qaçqın və məcburi köçkünlər yurd-yuvalarına qayıtmalıdırlar.
GUAM ölkələrinin birgə bəyanatını ATƏT-in Daimi Şurasında Ukrayna nümayəndəliyinin rəhbəri səsləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]