Güclü yağışlar səbəbindən Mumbay aeroportunun işində fasilələr yaranıb
Bakı, 8 iyul, AZƏRTAC
İldırımlarla müşayiət olunan güclü leysan yağışları və məhdud görüntü Hindistanın Mumbay beynəlxalq aeroportunun işində fasilələrə səbəb olub.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, qısa fasilədən sonra yenidən Maharaştra ştatını təsiri altına alan əlverişsiz hava şəraiti ilə əlaqədar Mumbay aeroportuna uçan təyyarələrin bir hissəsi digər şəhərlərə yönəldilib.
Ötən həftə mürəkkəb hava şəraiti səbəbindən “SpiceJet” kompaniyasına məxsus təyyarə Mumbay aeroportunun uçuş-eniş zolağından kənara çıxıb. İnsident zamanı xəsarət alanlar olmasa da, hava limanının əsas uçuş-eniş zolağı dörd gün bağlı qalıb. Bu səbəbdən aeroportda 250-dən çox reys ləğv olunub və ya təxirə salınıb.
İyun ayının sonlarından başlayaraq Hindistanın cənub və qərb regionları güclü musson yağışlarının təsirinə məruz qalıb. Baş verən daşqınlar bir sıra yaşayış məntəqələrini su altında qoyub. Mumbay şəhərində bir neçə bina çöküb, əksər dövlət müəssisələri bağlanılıb, nəqliyyatla bağlı ciddi problemlər yaranıb. Təbii fəlakət son həftə ərzində 30 nəfərdən çox insanın həyatına son qoyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]