İDMAN
Güləşçilərimiz “Qitələrarası Kubok” yarışlarında iştirak edəcəklər
Bakı, 17 oktyabr (AZƏRTAC). Oktyabrın 18-20-də Dağıstanın Xasavyurt şəhərində sayca beşinci “Qitələrarası Kubok” beynəlxalq turniri keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu turnirdə məşqçilər David Kurtsiya və Semyon Çterevin rəhbərliyi altında Azərbaycanı yeddi idmançı iştirak təmsil edəcəkdir.
Heyətdə Mircəlal Həsənzadə, Ruslan Surxayev (hər ikisi 55 kq), Məhəmməd Müslümov (66 kq), Cəbrayıl Həsənov (74 kq), İbrahim Yusubov (84 kq), Hacı Şərifov (96 kq) və Əli Maqomedabirov (120 kq) yer almışlar.
Bundan başqa, beynəlxalq dərəcəli referilərimiz Qərib Əliyev, Vaqif Zeynallı, Zakir Məmmədov, Sədi Quliyev, Xanmirzə Məlikəliyev, Natiq Hacıyev və Əbdul Nuriyev hakim kimi görüşlərin idarə olunmasında iştirak edəcəklər.