Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib - MÜSAHİBƏ

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib - MÜSAHİBƏ

Bakı, 23 iyun, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, iqtisad elmləri doktoru, Tbilisi Dövlət Universitetinin professoru Vladimer Papava ilə müsahibəni təqdim edir.

-Qlobal logistika zəncirlərinin transformasiyası kontekstində Orta Dəhlizin geosiyasi əhəmiyyətini necə qiymətləndirirsiniz?

-Müasir qloballaşma şəraitində, xüsusilə bu prosesin getdikcə daha çox qarşıdurma xarakteri aldığı bir dövrdə nəqliyyat dəhlizlərinin əhəmiyyəti böyük dərəcədə artır. Hazırda dünyanın aparıcı gücləri arasında həm siyasi, həm də hərbi səviyyədə qarşıdurmalar müşahidə olunur. Belə bir vəziyyətdə sabit və dayanıqlı logistika marşrutlarının təmin olunması prioritet məsələyə çevrilir. Bu gün Avropa ilə Asiyanı birləşdirən üç əsas marşrut mövcuddur: Rusiya üzərindən keçən Şimal dəhlizi, İran və Türkiyə üzərindən keçən Cənub dəhlizi və Azərbaycan ilə Gürcüstan üzərindən keçən Orta Dəhliz. Şimal dəhlizi Rusiya 2022-ci ildə Ukraynaya hərbi müdaxilə etdikdən və Qərbin sanksiyaları tətbiq olunduqdan sonra faktiki olaraq bloklanmış vəziyyətə düşüb. Cənub dəhlizi isə elə əvvəlindən, xüsusilə də İrandakı siyasi vəziyyət və bu ölkənin rolu səbəbi ilə bir sıra suallar doğururdu. Hazırda isə İsraillə İran arasında başlayan müharibə və ABŞ-ın da bu prosesə dolayısı ilə cəlb olunması bu marşrutun etibarlılığını ciddi şəkildə azaldıb. Beləliklə, Orta Dəhliz hal-hazırda Avropa ilə Asiyanı birləşdirən ən real, sabit və qısa marşrut olaraq qalır.

Qeyd etmək lazımdır ki, Çin 2013-cü ildə “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürdüyü zaman Orta Dəhliz bu layihənin ilkin xəritələrində yer almamışdı. Yalnız Azərbaycan və Gürcüstan rəhbərliyinin səyləri nəticəsində bu dəhliz sonradan layihəyə daxil edildi. Bu gün isə o, real fəaliyyət göstərən yeganə quru marşrutdur və həm Asiya, həm də Avropa ölkələrinin maraqlarına tam cavab verir. Hazırda əsas vəzifə — Orta Dəhlizin buraxılış qabiliyyətinin artırılmasıdır. Əminəm ki, infrastrukturun genişləndirilməsinə yönələn investisiyalar da tapılacaq.

-Mövcud geosiyasi şəraitdə Zəngəzur dəhlizinin perspektivlərini necə qiymətləndirirsiniz? Bu dəhliz Orta Dəhlizin davamı ola bilərmi?

-Zəngəzur dəhlizi, şübhəsiz ki, böyük əhəmiyyətə malikdir. Gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi şübhə doğurmur. Bu dəhliz, həmçinin Orta Dəhlizin buraxılış qabiliyyətinin artırılmasında mühüm rol oynaya bilər.

-Ukraynada müharibənin başlanmasından və Yaxın Şərqdəki gərginliyin artmasından sonra Avropa İttifaqı və Çinin Orta Dəhlizə marağı necə dəyişdi?

-Çin hər zaman mövcud olan bütün marşrutlardan istifadə etməyə çalışıb, buna görə də mənim fikrimcə, o, nəqliyyat dəhlizlərini bir-birinə rəqib deyil, qarşılıqlı bir-birini tamamlayan marşrutlar kimi görür. Bu, çox vacib bir yanaşmadır. Avropa İttifaqı da Asiya ilə, xüsusilə Çin və Mərkəzi Asiya ölkələri ilə dayanıqlı əlaqəyə maraq göstərir. Şimal dəhlizinin bloklanması və Cənub dəhlizinin ən azından qeyri-sabit olması fonunda Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib.

-Gürcüstanın bu dəhliz çərçivəsində logistika və enerji habına çevrilmək potensialını necə qiymətləndirirsiniz? Bu məqsədlə hansı islahatlar və investisiyalar tələb olunur?

-Gürcüstanın, xüsusilə də Azərbaycanla sıx əməkdaşlığı davam etdirəcəyi təqdirdə, həqiqətən də ciddi potensialı var. Bu iki ölkə artıq Cənubi Qafqazda bir növ tandem formalaşdırıblar və məhz bu formatda onlar mühüm regional logistika və enerji mərkəzinə çevrilə bilərlər. Bunun üçün ilk növbədə nəqliyyat infrastrukturu, enerji sahəsi – o cümlədən bərpaolunan enerji mənbələrinin inkişafı – və əlavə dəyər yaradacaq sənaye layihələrinə genişmiqyaslı investisiyaların cəlb olunması vacibdir. Həmçinin önəmlidir ki, Gürcüstan və Azərbaycan birgə təşəbbüsləri və layihələri beynəlxalq platformalarda – istər iqtisadi, istər nəqliyyat, istərsə də enerji forumlarında fəal şəkildə irəli sürsünlər. Bu, Avrasiya inteqrasiyası və dayanıqlı tranzit marşrutlarının inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

-Çin-Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz-Avropa marşrutu üzrə dayanıqlı infrastrukturun yaxın illərdə yaradılması nə dərəcədə realdır? Bu istiqamətdə ilk növbədə hansı əsas maneələr aradan qaldırılmalıdır?

-İlk növbədə dəmir yolu xətlərinin buraxılış qabiliyyəti artırılmalıdır. Daha sonra – Xəzər və Qara dəniz limanlarının inkişafı gəlir. Bunlar texniki xarakterli məsələlərdir və investisiyalar olduqda həll edilə bilər. Lakin burada siyasi məqamlar da mövcuddur: region ölkələri və Avropa bu dəhlizin inkişafına maraq və səylərini koordinasiya etməyə hazırlıq nümayiş etdirməlidirlər.

-Siz Orta Dəhlizin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və “Bir kəmər, bir yol” kimi digər layihələrlə rəqabət riski yaratdığını, yoxsa əksinə, sinerji doğurduğunu düşünürsünüz?

-Mən bu layihələr arasında rəqabət görmürəm. Bu marşrutların hamısı Avrasiyanın daha geniş nəqliyyat və iqtisadi memarlığının tərkib hissəsidir. Çin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsü ilkin mərhələdən etibarən geniş və çoxşaxəli nəqliyyat əlaqələrinin qurulmasına yönəlmişdi və zaman keçdikcə Orta Dəhliz bu şəbəkənin mühüm hissəsinə çevrildi. Hazırkı geosiyasi qeyri-sabitlik şəraitində bir istiqamətdən asılılığı azaltmaq üçün bir neçə alternativ və bir-birini tamamlayan marşrutlara malik olmaq son dərəcə vacibdir. Orta Dəhliz bütün Avrasiya nəqliyyat sisteminin çevikliyini artırır, onun dayanıqlığını möhkəmləndirir və region ölkələri üçün ticarət, tranzit və iqtisadi əməkdaşlıq sahəsində daha çox imkanlar yaradır. Beləliklə, o, digər marşrutlarla rəqabət aparmır, əksinə, bütövlükdə Avrasiya məkanının strateji dayanıqlılığını gücləndirir.

-Türkiyə və Azərbaycan Orta Dəhlizin həyata keçirilməsində hansı rolu oynayır? Ankara–Bakı–Tbilisi adlı yeni geoiqtisadi oxun formalaşmasından danışmaq olarmı?

-Bu geoiqtisadi ox artıq formalaşıb və aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Türkiyə, Azərbaycan və Gürcüstan enerji və nəqliyyatdan tutmuş, müdafiə sahəsində əməkdaşlıq və rəqəmsal transformasiyaya qədər əsas istiqamətləri əhatə edən davamlı strateji tərəfdaşlıq qurublar. Orta Dəhliz məhz bu tərəfdaşlığın praktik təzahürüdür. Bakı-Tbilisi-Qars dəmir yolu, neft və qaz kəmərləri, həmçinin dəniz limanlarının inkişafı kimi infrastruktur layihələri bu oxun təməlini təşkil edir. Bu gün əsas məsələ yalnız mövcud nailiyyətləri qoruyub saxlamaq deyil, həm də bu oxun potensialını genişləndirməkdir. Bunun üçün fəaliyyətlərin koordinasiyasını artırmaq, gömrük və tarif tənzimləməsini təkmilləşdirmək, həmçinin birgə investisiyaların cəlb olunması vacibdir. Geosiyasi qeyri-sabitlik və dəyişən qlobal logistika şəraitində məhz bu ox Avropa ilə Asiya arasında dayanıqlı bağlantıların təmin edilməsində açar rolu oynaya bilər.

-Dəhliz ölkələri arasında gömrük, nəqliyyat və rəqəmsal inteqrasiya sahəsində koordinasiya nə dərəcədə vacibdir? Belə əməkdaşlıq üçün real mexanizmlər mövcuddurmu?

-Ən başlıcası – dəhliz iştirakçıları arasında gömrük və tarif siyasətinin koordinasiyası və balanslaşdırılmasıdır. Bu olmadan malların fasiləsiz və iqtisadi cəhətdən səmərəli hərəkətini təmin etmək mümkün deyil. Tranzit prosedurlarının rəsmiləşdirilməsi üçün vahid yanaşmanın yaradılması, sənədləşmənin standartlaşdırılması və bürokratik maneələrin aradan qaldırılması zəruridir. Nəqliyyat sahəsində qrafiklərin sinxronizasiyası, logistika üzrə tələblərin unifikasiyası və birgə rəqəmsal infrastrukturun inkişafı tələb olunur. Bütün proseslərin rəqəmsallaşdırılması – yüklərin elektron işlənməsindən tutmuş hərəkətlərin izlənməsi üçün ümumi platformaların tətbiqinədək – xüsusilə önəmlidir.

Əməkdaşlıq mexanizmləri artıq mövcuddur: bu, Azərbaycan, Gürcüstan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli sazişlər, həmçinin beynəlxalq layihə və təşəbbüslərdə iştirakdır. Lakin Orta Dəhlizin potensialından tam istifadə etmək üçün institusional koordinasiyanın gücləndirilməsi və bütün iştirakçı ölkələrin siyasi iradəsi zəruridir.

-Orta Dəhlizin infrastrukturuna əlavə investisiyaları necə cəlb etmək olar?

-Ölkələrimiz beynəlxalq platformalarda – iqtisadi forumlarda, nəqliyyat konfranslarında və investisiya sammitlərində – razılaşdırılmış infrastruktur və logistika layihələrini birlikdə irəli sürməlidirlər. Bu zaman təkcə təşəbbüsləri təqdim etməklə kifayətlənməmək, həm də investorlar üçün mövcud reallıqları, inkişaf perspektivlərini və Orta Dəhlizin strateji əhəmiyyətini aydın şəkildə nümayiş etdirmək vacibdir. Müasir geosiyasi vəziyyət özü yeni və dayanıqlı marşrutların axtarışını aktuallaşdırır və bu imkandan bacarıqla istifadə etmək lazımdır. Eyni zamanda, layihələri texniki-iqtisadi əsaslandırmalarla müşayiət etmək və beynəlxalq maliyyə institutlarını fəal şəkildə prosesə cəlb etmək vacibdir. Bu da öz növbəsində, özəl kapitalın inamını artıracaq və daha irihəcmli investisiyaların cəlb edilməsinə imkan yaradacaq.

-Orta Dəhlizin uğuru halında Qara dəniz regionunun rolu necə dəyişəcək? Bu ərazini sabitlik və inteqrasiya zonasına çevirmək mümkündürmü?

-Region ölkələri qarşılıqlı əlaqəni gücləndirər, infrastrukturu inkişaf etdirər və iqtisadi əməkdaşlığı artırarlarsa, bu, tamamilə mümkündür. Lakin çox şey Rusiyanın növbəti addımlarından asılı olacaq. Hazırda Rusiya, Ukraynaya qarşı davam edən müharibə və gərgin xarici siyasəti səbəbindən Qara dəniz məkanında əsas destabilizasiyaedici amil olaraq qalır. Hərbi təhdid səviyyəsini azaltmaq və siyasi dialoqu təmin etmək mümkün olsa, Qara dəniz regionu dayanıqlı inteqrasiya, tranzit və inkişaf məkanı ola bilər. Sabitliyin gələcəyi sülhə, açıq bazarlara və etibarlı nəqliyyat əlaqələrinə yönəlmiş ölkələrin səylərindən asılıdır.

-Və nəhayət, Orta Dəhliz yalnız nəqliyyat marşrutu olmaqla kifayətlənməyib, Şərq və Qərb arasında yeni regional əməkdaşlıq modelinin əsası ola bilərmi?

-Şübhəsiz ki, ola bilər. Mən Orta Dəhlizi yalnız nəqliyyat marşrutu kimi deyil, öncəliklə iqtisadi dəhliz kimi qiymətləndirirəm. O, bazarları birləşdirmək və infrastruktur yaratmaq qabiliyyətinə malikdir ki, bu da iqtisadi artımı təmin edəcək, Gürcüstan və Azərbaycan məhsullarının daha geniş bazarlara çıxışını təmin edəcək. Bu, Mərkəzi Asiya və Çindən başlayaraq Avropaya qədər bütün region ölkələrinin qarşılıqlı faydalı inkişafına aparan yoldur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyalı tennisçi Yannik Sinner “Uimbldon” turnirinin qalibi olub

Berlində keçirilən “Rave The Planet” festivalında onlarla insan xəsarət alıb

Parisdə Ermənistanın təcavüzünün qurbanı olmuş azərbaycanlı jurnalistlərə həsr edilmiş sərgi açılıb

Ərdoğan: Türkiyə inkişafının yeni mərhələsinə qədəm qoyur

İsveçdəki Azərbaycan diaspor təşkilatlarının birləşməsi ilə bağlı videotoplantı keçirilib

"Çelsi" klublararası dünya çempionatının qalibi olub

London yaxınlığında təyyarə qəzası baş verib

Volodimir Zelenski: Rusiya ordusu yaydakı hücum planlarını həyata keçirə bilmir

Azərbaycan basketbol millisi Dünya Seriyasının qalibi olub

Misirli alim: Qahirədə azərbaycanlı mütəfəkkirin adına iki tarixi abidə var

Almaniya Prezidenti məcburi hərbi xidmətin bərpası təklifini dəstəkləyib

Mostar şəhəri ətrafında meşə yanğını başlayıb

Ukrayna hökumətin genişmiqyaslı transformasiyasına hazırlaşır - Zelenski

İtaliya Baş nazirinin müavini: ABŞ-la toqquşma istəmirik, başımızı dik tutaraq danışıqlar aparmalıyıq

“Azadlıq təhlükədədir, Avropa güclənməlidir” – Emmanuel Makronun xəbərdarlığı

AZƏRTAC Gürcüstanda “İlin ən yaxşı xarici informasiya agentliyi” seçilib

Aran rayonlarında bu gün 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

Xaçmaz sakininə məxsus həyətdə tövlə və minə yaxın ot bağlaması yanıb

Ukrayna öz yeraltı qaz anbarında Avropa üçün Azərbaycanın təbii qazının saxlanmasını təklif edir

Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub

Antalya turist sayına görə daha bir rekorda imza atıb

Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir ŞƏRH

“Osaka 2025” sərgisini 10 milyon nəfər ziyarət edib

Salyanda minik avtomobili kanala aşıb, ölənlər var VİDEO

Salyanda minik avtomobili kanala aşıb, ölənlər var VİDEO

Avropa İttifaqı ABŞ məhsullarına qarşı planlaşdırılan əks-gömrük rüsumlarını avqustun əvvəlinədək təxirə salır

Tbilisidə gənc azərbaycanlı rəssamların sərgisi açılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO  

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO  

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 91 namizəd imtahan verib

Avstraliyada 2 Fransa vətəndaşı 32 kiloqram metamfetamin ilə yaxalanıb

Suriya ilə münasibətlər Azərbaycanın daha geniş diplomatik strategiyasının tərkib hissəsidir - Deputat

Monteneqroda Dövlətçilik Günü qeyd edilir

Qəbələdə evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

“Shahdag Running Fest” qaçış yarışında 600-ə yaxın həvəskar atlet mübarizə aparıb

Almaniya dünyanın ən çox turist qəbul edən doqquzuncu ölkəsi olub

“Gürcü Arzusu”: “Dərin dövlət”in idarəçiliyi altında olan Avropa bürokratiyasında heç bir mənəvi sərhəd yoxdur

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

Şəki və Zaqatalada 2 ixtisas qrupu üzrə qəbul imtahanı 8 mərkəzdə aparılıb

Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib

Qazaxda əkin sahəsində kişi meyiti tapılıb

Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərdə yağış yağacaq

Xarici işlər nazirinin müavini Xorvatiyada beynəlxalq forumda iştirak edib

Saray qəsəbəsində sexdə baş verən yanğın söndürülüb

Yeni Kaledoniya: Müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olunub

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

DİM: Magistraturaya qəbulla bağlı ixtisaslaşma seçiminin vaxtı uzadılıb

“Real Madrid” üç futbolçusunu transferə çıxarmağa hazırlaşır

Qətər Suriyada meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub

Klublararası dünya çempionatında final: PSJ “Çelsi”yə qarşı

Ziyafət Əsgərov: Azərbaycan ilə Çin arasında əlaqələrin miqyası çox genişlənib

Bu gün Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasından 99 il ötür

Keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın səfəri Azərbaycan-Suriya əməkdaşlığının güclənməsinə xidmət edəcək - ŞƏRH

Bu gün görkəmli kinooperator Rasim İsmayılovun doğum günüdür

Tramp sui-qəsd cəhdinin təhqiqatından məmnun olduğunu bildirib

Maka Boçorişvili: Azərbaycan, Türkiyə və Gürcüstan regionun inkişafında mühüm rol oynayırlar

Körfəz Əməkdaşlıq Şurası ölkələrində əhali sürətlə artıb

Bu gün 34 mindən çox abituriyent imtahan verəcək

“Tiencou-9” 6,5 ton yükü Çinin kosmik stansiyasına çatdıracaq VİDEO

“Tiencou-9” 6,5 ton yükü Çinin kosmik stansiyasına çatdıracaq VİDEO

Gəncə Dövlət Milli Dram Teatrı “Beşinci Nodar Dumbadze Beynəlxalq Teatr Festivalı”nda iştirak edib

Deputat: Əbu-Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

Karnak və Morbihan sahillərinin meqalitləri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib

Cənubi Koreyada tibb tələbələrinin 17 aylıq boykotu başa çatır

İtaliya hökuməti: Qütbləşmədən tariflərlə bağlı danışıqları davam etdirmək vacibdir

Gürcü politoloq: Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü sülhün nə qədər yaxın olduğunu göstərir

CBS: Tramp Ukraynaya silah ötürmək üçün pul ayırmağı düşünür

Ağstafada yol qəzası olub, xəsarət alanlar var

“Fənərbağça” ingiltərəli futbolçunu transfer edib

Avropa İttifaqı ABŞ Prezidentinin yeni gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarına sərt reaksiya verib

Xaçmazda avtomobil Qudyalçaya düşüb, yaralananlar var VİDEO

Xaçmazda avtomobil Qudyalçaya düşüb, yaralananlar var VİDEO

Şəkidə biçilmiş taxıl sahəsində baş verən yanğın söndürülüb

İtalyan mafiya başçısı Kolumbiyada beynəlxalq əməliyyat çərçivəsində yaxalanıb

Türkiyəli politoloq: Cənubi Qafqazda kommunikasiyaların bərpası Türkiyə iqtisadiyyatı üçün stimul olacaq

Türkiyənin iki tarixi abidəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib

Şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə cüdo turniri keçirilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“Trabzonspor” qapıçısı ilə vidalaşıb

Zaqatalada 2 yaşlı uşaq çaya düşərək boğulub VİDEO

Zaqatalada 2 yaşlı uşaq çaya düşərək boğulub VİDEO

MEDİA: Bir sıra sosial şəbəkələrdə Azərbaycanın müdafiə və xarici işlər nazirlərinin adlarından yayılan xəbərlər feykdir

Premyer Liqaya yüksələn klub braziliyalı futbolçusunu saxlayıb

UNESCO Bavariya Kralı II Ludviqin məşhur Noyşvanştayn və daha üç sarayını Dünya Mədəni İrs Siyahısına daxil edib

Deputat: Dövlətimiz regionun tezliklə sülh və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır

Azərbaycanın Suriya ilə enerji əməkdaşlığı qurması regional sabitliyə və iqtisadi inkişafa xidmət edəcək ŞƏRH

Mirvohid Azimov: İttifaqın yaradılması türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisədir VİDEO

Mirvohid Azimov: İttifaqın yaradılması türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hadisədir VİDEO

İrlandiyalı səyyah: Minatəmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir VİDEO

İrlandiyalı səyyah: Minatəmizləmə prosesini müşahidə etdik, Azərbaycanın bu sahədə səyləri valehedicidir VİDEO

Hindistanda polis mağarada rus qadını və onun 2 qızını tapıb

Filippinli səyyah: Azərbaycan hökumətinin həyata keçirdiyi irimiqyaslı işlərin şahidi oldum VİDEO

Filippinli səyyah: Azərbaycan hökumətinin həyata keçirdiyi irimiqyaslı işlərin şahidi oldum VİDEO

Bu gün Bakının 549 küçəsi yuyulub

Suriyanın keçid dövrü Prezidentinin Azərbaycana səfəri başa çatıb

Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüş keçirilib

Azərbaycanla Suriya arasındakı münasibətlərin bərpası hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir - ŞƏRH

ABŞ yenidən müharibənin tərəfinə çevrilir

Suriyanın keçid dövrü Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Baş nazir Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb

Tramp Aİ-yə və Meksikaya 30 faiz tarif tətbiq olunacağını açıqlayıb

Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi

Tovuz döyüşlərinin beşinci ildönümündə sərhəd kəndindən REPORTAJ VİDEO

Tovuz döyüşlərinin beşinci ildönümündə sərhəd kəndindən REPORTAJ VİDEO

“Tufandağ” Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv olub VİDEO

“Tufandağ” Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv olub VİDEO

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır - ekspert

Rəsmi Bakının siyasi iradəsi ilə Əbu-Dabidə keçirilən görüş sülhə doğru atılmış mühüm addımdır – ŞƏRH

Əbu-Dabidə mühüm görüş: Azərbaycan-Ermənistan sülh prosesi yeni mərhələyə keçir

Azərbaycanlı doktorant Çində yay məktəbində yeganə əcnəbi kimi iştirak edib