Gürcü nazir: Polis əməkdaşları məcburiyyət qarşısında qalaraq qanuni şəkildə güc tətbiq ediblər
Tbilisi, 28 iyun, AZƏRTAC
Gürcüstanın Daxili İşlər naziri Giorgi Qaxaria iyunun 20-dən 21-nə keçən gecə Tbilisidə keçirilən aksiya və polisin bu aksiyanı güc tətbiq etməklə dağıtması məsələsinə münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, iyunun 20-də Tbilisidə baş verənlərə görə məsuliyyət daşıdığını deyən nazir qeyd edib: “Tbilisidə iyunun 20-də baş verənlərə görə - başlanğıcdan sona qədər mənim məsuliyyətim olub və mən bundan qaçmıram”.
Canlı yayımda jurnalistlərin suallarını cavablandıran nazir bu gün də cəmiyyətdə baş verənlərə görə məsuliyyət daşıdığını deyib: “Polis əməkdaşları dövlət institutunu, ictimai asayişi qoruyurdular. Onlar məcburiyyət qarşısında qalaraq qanuni şəkildə güc tətbiq ediblər”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]