Gürcü teatrı Bakıda çıxış edib
Bakı, 5 aprel, AZƏRTAC
2018-ci il noyabrın 14-də Azərbaycan Teatr Xadimləri İttifaqı və Gürcüstan Teatr Cəmiyyəti arasında imzalanmış mədəni əlaqələrin inkişafına dair Memorandum çərçivəsində Bakıda Məshəti (Axaltsixi) Dövlət Dram Teatrının qastrolları təşkil edilib.
AZƏRTAC xəbər verir ki, aprelin 5-də Azərbaycan Dövlət Akademik Milli Teatrının səhnəsində gürcüstanlı kollektiv Janri Kaşiyanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Medeya Evripidə qarşı” tamaşasını göstərib. Tamaşanın rejissoru Georgi Şalutaşvilidir.
Tamaşa böyük maraqla qarşılanıb.