Gürcüstan ABŞ-dan raket əleyhinə silah kompleksləri alıb
Tbilisi, 5 aprel, AZƏRTAC
Gürcüstan ABŞ-dan raket əleyhinə silah komplekslərinin alqısı prosesini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın müdafiə naziri Levan İzoria parlamentdə deputatlar qarşısındakı çıxışı zamanı söyləyib. Nazir deyib: “Gürcüstanın ABŞ-dan “Javelin” raket komplekslərinin alqısı prosesi artıq başa çatıb. Nəzərdə tutulan bütün silah kompleksləri alınıb və artıq Gürcüstana gətirilib”.
Məlumat üçün bildirək ki, bundan əvvəl yerli mətbuat Gürcüstanın ABŞ-dan 410 ədəd raket və 72 ədəd “Javelin” raket kompleksi alacağı barədə xəbərlər yaymışdı.
Nazir həmçinin bildirib ki, Fransadan hava hücumundan müdafiə sistemlərinin alınması proqramı da başa çatmaq üzrədir. Onun sözlərinə görə, Gürcüstan ölkənin müdafiə qüdrətini artırmaq üçün müəyyən işlər görür. Təkcə keçən il ölkənin helikopter parkının təmir və modernləşdirilməsinə 50 milyon lari (təqribən 18 milyon dollar) yönəldilib.
Son il ərzində hərbi büdcənin 20 faizi hərbi silah-sursat və müxtəlif geyim formalarının alınmasına xərclənib. Gürcüstanın hərbi büdcəsi isə ölkənin ümumi daxili məhsulunun 2 faizini təşkil edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]