İQTİSADİYYAT
Gürcüstan Azərbaycandan neft və neft məhsulları idxalını artırıb
Tbilisi, 25 dekabr, AZƏRTAC
Yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 146,3 min ton neft və neft məhsulları idxal edib. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, hesabat dövründə Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının dəyəri isə 80,4 milyon ABŞ dolları təşkil edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi