DÜNYA
Gürcüstan gənclər arasında futbol üzrə Avropa çempionatına ev sahibliyi etməyə hazırlaşır

Tbilisi, 3 mart, AZƏRTAC
Gürcüstan 21 yaşadək futbolçular arasında futbol üzrə Avropa çempionatına ev sahibliyi etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat verib.
O bildirib ki, çempionat 2023-cü ildə Tbilisi, Batumi və Kutaisi şəhərlərində təşkil olunacaq. Ölkə çempionata Rumıniya ilə birlikdə ev sahibliyi edəcək. Gürcüstana Avropanın 8 ən güclü komandası gələcək. Çempionatın final oyunu Batumidə tikilmiş yeni stadionda keçiriləcək.
İ.Qaribaşvili qeyd edib ki, bu çempionat Gürcüstan üçün tarixi və ən yaddaqalan hadisələrdən biri olacaq. 2023-cü ildə Gürcüstana çoxlu futbol ulduzu gələcək və gürcü futbolsevərlər onları görmək imkanı qazanacaqlar.
Baş nazir Gürcüstan Futbol Federasiyasının rəhbərliyi ilə görüşdə çempionata hazırlıqla əlaqədar müvəqqəti hökumət komissiyasının yaradılacağını vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi