Gürcüstan idxal olunan mədəni sərvətləri gömrük rüsumundan azad edə bilər
Tbilisi, 6 iyun, AZƏRTAC
Gürcüstan hökuməti ölkəyə gətirilən, idxal olunan mədəni sərvətləri gömrük rüsumundan azad edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə məsələ Gürcüstanda mədəni sərvətlərin və muzey komplekslərinin qorunması mövzusunda keçirilən görüşdə qaldırılıb.
Gürcüstan Prezidenti Salome Zurabişvili deyib ki, mədəni sərvətlərin idxal rüsumundan azad olunması muzey fondlarının zənginləşməsinə və yenilənməsinə şərait yaradacaq. Onun sözlərinə görə, mədəni sərvətlərin idxalı zamanı tətbiq olunan rüsum o qədər də çox deyil və məbləğ büdcənin formalaşmasında elə mühüm əhəmiyyət kəsb etmir.
Dövlət başçısı müvafiq təklifin qanunvericilik təşəbbüsü qaydasında ölkə parlamentinə təqdim olunacağını bildirib.
Görüşdə iştirak edən Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Goorqadze AZƏRTAC-a bildirib ki, Prezident tərəfindən irəli sürülən təklif müvafiq qaydada müzakirə olunmalıdır. O, ümumiyyətlə, təklifi yüksək qiymətləndirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]