GÜRCÜSTAN MÜSTƏQİLLİK GÜNÜNÜ QEYD ETDİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 26-da Tbilisidə Gürcüstanın müstəqillik gününə həsr olunmuş hərbi rəsmi keçid təşkil edilmişdir.
Tədbirdə Prezident Mixail Saakaşvili çıxış etmişdir. O, rəsmi keçidin iştirakçılarını, bayramda iştirak edən Polşa Prezidenti Lex Kaçinskini, II İlyanı, ölkənin keşiyini çəkənləri salamlamışdır. M.Saakaşvili demişdir ki, Gürcüstana dünyanın dəstəyi artır.
L.Kaçinski əlamətdar gün münasibətilə gürcüstanlıları təbrik etmiş, Polşa kimi Gürcüstanın da müstəqilliyə çətin şəraitdə nail olduğunu vurğulamışdır. Gürcüstanın parlamentinə mayın 21-də keçirilən seçkiləri demokratik hesab edən L.Kaçinski bildirmişdir ki, seçkilər zamanı səhvlərə yol verilsə də, bu, seçkiləri qeyri-demokratik saymağa əsas vermir. Polşa Prezidenti əminliklə qeyd etmişdir ki, Gürcüstan NATO-nun üzvü olacaqdır və bu işdə Polşa onunla həmrəydir. O, həmçinin Gürcüstanın ərazi bütövlüyünə qəsd etməyə heç kəsin haqqı olmadığını vurğulamış və ölkənin ərazi bütövlüyünün bərpa ediləcəyinə inandığını bildirmişdir. “Sizin yolunuz Avropayadır və biz bu yolun yolçuları olan Azərbaycan, Litva, Ukrayna, Gürcüstanla sıx əlaqələr yaradırıq”, - deyə Polşa Prezidenti bəyan etmişdir.
Sonra hərbi rəsmi keçid başlamış, Gürcüstan Müdafiə və Daxili İşlər nazirliklərinin hərbi texnikası və hərbi qulluqçuları tribunanın önündən keçmişlər.
Mərasimdə Gürcüstan parlamentinə yeni seçilmiş deputatlar, hökumətin və Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]