GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏR ÜZRƏ DEPUTATLIĞA NAMİZƏDLƏRİN SİYAHISINDA 10 NƏFƏR AZƏRBAYCANLI VARDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanda qanunvericilik hakimiyyətini həyata keçirən ali səlahiyyətli orqan - parlamentə seçkilərə hazırlığın növbəti mərhələsi başlanmışdır.
Seçkilərə bir ay qalmış Mərkəzi Seçki Komissiyası 6-cı çağırış parlamentdə təmsil olunan siyasi partiyalar və seçki bloklarından olan namizədlərin siyahısını qeydiyyatdan keçirmişdir. Mayın 21-də keçiriləcək seçkilərin gedişində parlamentə həm proporsional, həm majoritar qaydaların hər biri üzrə 75, ümumilikdə 150 deputat seçiləcəkdir.
Seçkilərdə 9 partiya və 3 seçki bloku iştirak edəcəkdir. Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə deputatlığa namizədlər arasında Gürcüstan azərbaycanlıları müxtəlif partiyalarda təmsil olunmaqla fərqlənirlər. Altıncı çağırış parlamentə seçkilərdə qeydə alınan namizədlərin siyahısında 10 nəfər azərbaycanlının da adı vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]