GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRDƏ SEÇİCİLƏRİN 55 FAİZİNDƏN ÇOXU İŞTİRAK ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) 6-cı çağırış parlamentə mayın 21-də keçirilmiş seçkilər üzrə 1308 seçki məntəqəsindən alınmış nəticələri elan etmişdir.
MSK mətbuat xidmətinin rəhbəri Zurab Kackaçişvili demişdir ki, ilkin nəticələrə görə, hakim “Milli Hərəkat” Bloku seçicilərin 63,64, birləşmiş müxalifət 13,17, “Xristian-Demokrat Hərəkatı” 8,14, Leyboristlər Partiyası isə 6,9 faizinin səsini toplamışlar.
Z.Kackaçişvili bildirmişdir ki, seçki məntəqələrində hələlik proporsional sistem üzrə səslərin hesablanmasına üstünlük verilir. Tbilisidən majoritar sistem üzrə 10 nəfər deputat seçilməlidir. İlkin nəticələrə görə, paytaxtda da hakim partiya liderlik edir. 10 seçki dairəsindən 7-də onların namizədləri, 3-də isə birləşmiş müxalifətin təmsilçiləri öndə gedirlər. MSK-nın mayın 22-nə olan məlumatına görə, indiyədək Marneuli, Qori, Saqareco, Xelvaçauri, Qardabani, Kobuleti və Msxeta rayonlarının 13 seçki məntəqəsində seçkilərin nəticələri ləğv olunmuşdur. MSK bəyan etmişdir ki, səsvermədə seçicilərin 55 faizindən çoxu iştirak etmiş, seçkilər baş tutmuşdur. Seçkilərə qatılmış 9 siyasi partiya və 3 seçki blokundan hələlik 4-ü 5 faizlik maneəni keçə bilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]